> <
Zakir Qaralovun şirkətlərinin külli miqdarda vergi borcu üzə çıxdı | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4262 - dəfə oxunub

Zakir Qaralovun şirkətlərinin külli miqdarda vergi borcu üzə çıxdı

Spread the love

“Akkord” şirkətlər qrupuna daxil olan “Akkord Hydrotechnical Construction Company” MMC-nin dövlət qarşısında külli miqdarda vergi borcunun olduğu məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakının Nərimanov rayonu, Teymur Əliyev küçəsi k 59. (İndiki Məmməd Araz) ünvanında qeydiyyatda olan şirkətin hazırda vergi borcu 2 122 041.59 manat təşkil edir.

Xəbəri rus dilində oxuyun: В Иране скончалась азербайджанская студентка

Şirkətin əsas fəaliyyət dairəsinə su və kanalizasiya sistemlərinin çəkilməsi, içməli və çirkab sutəmizləyici qurğuların, inzibati binaların, su anbarlarının və yardımçı binaların tikilməsi daxildir.

Şirkət 2010-cu ildən başlayaraq bir sıra rayonda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində tikinti-quraşdırma işlərini həyata keçirir.

Eyni zamanda şirkətlər qrupuna daxil olan “Akkord Tekstil” MMC-nin 103 400.06 manat, “Körpü-Tünel Tikinti” MMC-nin də 269 274.31 manat vergi borcu mövcuddur.

Bundan başqa, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin özü də məhkəməlik olub. Belə ki, sözügedən qurum Nərimanov Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ittiham olunur.

Sözügedən maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Porsesə hakim Vüsal Qurbanov sədrlik edəcək.

Qeyd edək ki, Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Laçın istiqamətində mövqelərimiz atəşə tutuldu
24/06/2022
“YAŞAT” Fonduna daxil olan vəsaitdən nə qədəri xərclənib?
24/06/2022
Bu gün Elçibəyin doğum günüdür
24/06/2022
Gözəllik salonuna gedən qadın yeddi yaşlı qızı ilə birlikdə YOXA ÇIXDI
24/06/2022
Prezident tapşırıq verdi, Türkiyəyə amfibiya təyyarəsi göndərilir
23/06/2022
İlham Əliyevin marağına səbəb olan papaq – Video
23/06/2022
Türkiyə ordusu İraqda şəhid verdi
22/06/2022
General Babayevin saxlanıldığı iddiası…
21/06/2022
Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutuldu
21/06/2022
Bakıda polis ehtiyatsızlıqdan özünü güllələdi
20/06/2022
Azərbaycan Müdafiə Nazirliyi partlayışlarla bağlı məlumat yaydı
20/06/2022
Şəmkirdə ölən iş adamı ilə bağlı iddialara – DİN-dən cavab
18/06/2022
Süleymanini buna görə öldürdük – Pompeodan ŞOK AÇIQLAMA
18/06/2022
Ombudsmandan mina partlayışı ilə bağlı bəyanat
17/06/2022
Deputat AZAL-a Milli Məclisdən cavab verdi
17/06/2022