Zabit Səmədovun Bakıdakı vida döyüşündəki rəqibi “Yekəayaq” olacaq – FOTO

Azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüşünün kimlə olacağına aydınlıq gəlib.
Zabitin karyerasındakı son döyüşü braziliyalı Antonio Silva ilə olacaq.
42 yaşlı Antonio Silva “Yekəayaq” (“BigFoot”) ləqəbi ilə tanınır. O, MMA-da 33 döyüş keçirib. Bunlardan 19-da qalib gəlib (15-i nokautla, 2-si rəqibi təslim etməklə, 2-si hakim qərarı ilə), 13-də məğlub olub (11-i nokautla, 2-si hakim qərarı ilə), 1 döyüş isə baş tutmamış hesab edilib. Maraqlıdır ki, o, bu gün Moskvada “MMA Series-53” turniri çərçivəsində Oleq Popovla döyüşə çıxacaq.
Onun kikboksinqdə yalnız bir döyüşü olub. Bu, 2017-ci ilin oktyabrın 14-də Çində keçirilmiş “Qlori-46” turniri çərçivəsində baş tutub. Antonio Silva həmin vaxt niderlandlı Riko Ferhuvenin zərbələri qarşısında aciz qaldığından, hakim döyüşü dayandırmalı olub.
Qeyd edək ki, Zabit Səmədovun bu döyüşü sentyabrın 10-da Bakıda Milli Gimnastika Arenasında keçiriləcək. Yarış Almaniya türkü olan Səfər Göktəpəyə məxsus olan “Mix Fight Championship” tərəfindən təşkil olunur.

12/08/2022

10/08/2022

29/07/2022

20/07/2022

12/07/2022

11/07/2022

24/06/2022

14/06/2022

11/06/2022

08/06/2022

07/06/2022

06/06/2022

01/06/2022

30/05/2022

15/05/2022