> <
Zəngilanda 2 nəfər sərhədçilərə atəş açdı – Biri saxlanıldı, digəri İrana qaçdı | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4266 - dəfə oxunub

Zəngilanda 2 nəfər sərhədçilərə atəş açdı – Biri saxlanıldı, digəri İrana qaçdı

Spread the love

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə  Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, iyunun 7-də saat 22:15-də DSX-nin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb.

Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsdə cəhd edib.

Dövlət sərhədinin pozulması ilə bağlı keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılaraq üzərində olan 1 ədəd bağlamada təxmini çəkisi 5880 qram narkotik vasitə “marixuana”ya bənzər maddə aşkar olunaraq götürülüb, digər sərhəd pozucusu hava şəraitinin qaranlıq və ərazinin sıx meşəlik, kolluq olmasından istifadə edərək geri, İran ərazisinə qaçıb.

İyunun 12-də saat 01:50-də Neftçala istiqamətində naməlum hədəf tərəfindən dəniz sərhədlərinin pozulması barədə daxil olmuş məlumatla əlaqədar Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən qeyd olunan istiqamətə sərhəd gözətçi gəmiləri göndərilib, texniki müşahidə avadanlıqları və radarlar vasitəsilə iti surətli üzmə vasitəsinin hərəkəti nəzarətə götürülüb və təqib olunaraq saxlanılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Hadisə ilə əlaqədar dövlət sərhədinin gücləndirilmiş üsulla mühafizəsi təşkil olunaraq üzmə vasitəsinin hərəkət etdiyi istiqamətdə sahil ərazilərinə baxış keçirilib. Nəticədə Cənub regional şöbəsinin “Mayak” sahil nəzarəti bölməsinin xidməti ərazisində Neftçala rayonunun Mayak kəndinin yaxınlığında dəniz sahilində iki ədəd şübhəli kisə aşkarlanıb. Kisələrə baxış zamanı 13 ədəd bağlamada təxmini çəkisi 22 kiloqram 855 qram narkotik vasitəyə (15180 qram – “marixuana”, 7175 qram – “tiryək”, 500 qram – “heroin”) bənzər maddələrvə1543 ədəd psixotrop tərkibli həbləraşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

 



 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Məktəbdə şagird sinif yoldaşını döyüb videoya çəkdi –DİN-dən açıqlama
04/10/2022
Lənkəranda axundu məscidin həyətində bıçaqladılar
29/09/2022
Aeroportda faciəvi şəkildə ölən şəxs şöbə rəisinin oğlu imiş
27/09/2022
Yasamalda 40 nəfər narkotik dövriyyəsilə bağlı saxlanıldı – FOTO
24/09/2022
DİN-dən tanınmış aparıcıya hücumla bağlı AÇIQLAMA YENİLƏNDİ (VİDEO)
23/09/2022
Sumqayıtda zavodda bədbəxt hadisə – Ölən var
23/09/2022
Bakıda bahalı “Range Rover”lə ağır qəza törədən görün kimdir – FOTO
21/09/2022
Bakıda FACİƏ: 18 yaşlı qız binadan düşdü – FOTO
20/09/2022
Bakıda 1 yaşlı körpənin müəmmalı ölümü ilə bağlı dəhşətli faktlar – YENİLƏNDİ
12/09/2022
Masallıda ana və iki övladının öldüyü yanğının TƏFƏRRÜATI
07/09/2022
2 yaşlı körpə binanın 3-cü mərtəbəsindən yıxılaraq ÖLDÜ
06/09/2022
İstanbulda öldürülən azərbaycanlı kriminal avtoritetin – Fotosu
04/09/2022
Azərbaycanda dəhşətli qəza: Polis FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ – VİDEO
04/09/2022
Salyanda gecələr evlərə girərək insanları dəmirlə döyən şəxs saxlanıldı – Görün kimdir? RƏSMİ (FOTO)
29/08/2022
Bakıda 29 yaşlı qadın doğuşdan sonra öldü – FOTO
26/08/2022