> <
Yeni təhsil naziri xalqı və Ceyhun Bayramovu necə aşağıladı – ŞOK | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
42347 - dəfə oxunub

Yeni təhsil naziri xalqı və Ceyhun Bayramovu necə aşağıladı – ŞOK

Ceyhun Bayramov yəqin ki, yaddaşlarda ən uğursuz təhsil naziri kimi qalacaq. Onun vəzifəyə gəlməsi nə islahatlara səbəb olub, nə irəliləyişə. Buyurun, ötən il qəbul imtahanlarında 700 bal toplayan da olmadı, keçid balları aşağı düşüb, təhsilin səviyyəsinin aşağı düşməsi deməkdir.

 

O zaman Təhsil Nazirliyinin şöbə müdiri, Təhsil İnstitutunun müdir əvəzi olan, bir neçə gün əvvəl isə nazir təyin Emin Əmrullayevin statusu maraq doğurur.

 Həmin dövrdə mətbuatda bu yer alan həmin statusu cumhuriyyet.az olaraq diqqətinizə çatdırırq. E.Əmirullayev yazıb:

 

“Mən özümü sizdən bilikli hesab edirəm, ən azı Bayıldan o tərəfdə təhsil almışam. Siz biliklərinizi harda və necə əldə etmisiniz?”

 

Bu günkü nazirə cavab olaraq təhsil eksperti Kamran Əsədov deyib ki, “Bayıldan o tərəfə təhsil almışam” nə deməkdir:

 

“Deyirsiniz ki, Bayıldan bu tərəfə təhsil alanlar savadsızdır? Bildiyim qədər sizin təhsil naziri də Bayıldan bu tərəfə təhsil alıb. Siz hansı pulla, kimin vəsaiti ilə gedib Bayıldan o tərəfə təhsil almısınız? Sizə kim və nəyə görə o pulu ayırıb? Bu danışıq tərzi dövlət qulluqçusuna yaraşmır. Mənim atam siz burada insanları təhqir etsin deyə Qarabağ müharibəsinə gedib sağlamlığını itirməyib. Mən də istərdim ki, atam pul ayırsın, gedib xaricdə təhsil alım, daha “SOROS” fondunun pulu ilə gedib oxumaqla özünü ağıllı, savadlı hesab eləmə. Mən öz biliyimlə bakalavr, magistr, doktrantura təhsilini başa vurmuşam”.

 
K.Əsədov ümid edir ki, bu ifadəsinə görə üzr istəyəcək: “Sizin kiminsə sponsorluğu ilə Bayıldan o tərəfə təhsil almağınız sizin savadlı olmağınız demək deyil. Ölkədə vitse prezident, Baş nazir, deputat və minlərlə dövlət xadimi var ki, Bayıldan bu tərəfə təhsil alıb. Siz hansı savada, hansı gücə arxayın olub bu insanları təhqir edirsiz? Belə çıxır ki, ölkənin 51 universitetində təhsil alan və almış şəxslərin hamısı savadsızdır? Ümummilli Lider Heydər Əliyev Bayıldan bu tərəfə təhsil alıb, amma Bayıldan o tərəfə, bütün SSRİ-ni idarə edib. Siz birbaşa çalışdığınız nazirliyin əslində yarıtmaz fəaliyyətini təsdiq edirsiniz”.
O, E.Əmirullayevin əməllərini ifşa edib: “Bu nə xəstəlikdir sizdə başlayıb ki, “təhsil ekspertləri”nə qarşı səlib yürüşünə çıxmısınız? Utanmadan bir-bir TV-lərə, saytlara zəng edirsiniz ki, təhsil eksperti Kamran əsədovu çağırmayın, ondan fikir almayın. Nə qədər rəzil duruma düşmüsünüz? Sən get işinlə məşğul ol. Çalış səslənən fikirlərə cavab ver. O ki qaldı, sinifdə şagird sayının keyfiyyətinə, bunu bir dəfə dedin, bəs edər, özün gülməli vəziyyətə salma. Sinqapurdan da sitat gətirmə, məsələn orda sənin kimi təhsildən anlayışı olmayanı təhsil sistemində heç qapıçı da qoymazlar. Orda sinifin ölçüsü, tədris proqramı, dərs deyənin bilik və bacarıqları tamamilə fərqlidir. Ümid edirəm ki, Təhsil Nazirliyinin rəhbərliyi milləti, dövlət xadimlərini açıq şəkildə təhqir edən bu şəxsi mütləq şəkildə cəzalandıracaq”.


Oxşar xəbərlər
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
09/08/2020
Partlayış baş verən qaz kəməri ilə bağlı – SOCAR-dan açıqlama
07/08/2020
Nazir bağlanan iş yerlərinin tezliklə açılacağını elan etdi
07/08/2020
Parlamentin iclasında Tovuz döyüşlərində şəhid olan hərbçilər bir dəqiqəlik sükutla yad edildi
05/08/2020
Güclü və modern Azərbaycan ordusu dövlət quruculuğunun mühüm naliyyətlərindən biri və ərazi bütövlüyünün təminatçısıdır
04/08/2020
Deputatlar tətildən geri ÇAĞIRILIBLAR
04/08/2020
Fəttah Heydərov vəfat etdi – 1-ci Fəxri xiyabanda dəfn olunacaq
04/08/2020
Firudin Nəbiyev dünyasını dəyişdi
03/08/2020
Çimərliklərin istifadəsinə bu tarixdən icazə verildi
03/08/2020
Polad Həşimovun şəhid olduğu yerlə bağlı – MN-nin məlumatı
02/08/2020
“De, gəlsin”in qalibi olan meyxanaçı vəfat etdi
01/08/2020
Vilayət Eyvazovdan yeni təyinatlar
01/08/2020
Yeni təhsil naziri xalqı və Ceyhun Bayramovu necə aşağıladı – ŞOK
01/08/2020
“Dərman növbəsində mənə sıra 4 saat sonra çatdı”
30/07/2020
Alatavada “cücərdilən” şirkətlər, silinən milyonlar – Dini Komitənin tender maxinasiyaları
30/07/2020