> <
“Yay girən kimi “BakuBus” avtobusları azaltdı, 40 dəqiqə gözləyirik” | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4293 - dəfə oxunub

“Yay girən kimi “BakuBus” avtobusları azaltdı, 40 dəqiqə gözləyirik”

Spread the love

“Gözləyirdik ki, yay gəlsin, bəlkə bu avtobusdakı basabas bir az azalsın. Amma iyunun 14-dən bəri, yəni məktəblər, universitetlər bağlanandan sonra vəziyyət daha da pisləşdi”.

Bu şikayətlə “Qafqazinfo”ya Maştağa qəsəbəsinin bir qrup sakini müraciət edib. Onlar M8 nömrəli marşrutun hərəkət intervalından narazıdırlar. Şikayətçilər bildirir ki, yay girəndən avtobusların sayı azaldılıb və dayanacaqda 35-40 dəqiqə avtobus gözləməli olurlar. 

Sakinlər avtobusun qrafik üzrə işləməməsi, gecikmələrin həddən artıq çox olması ilə bağlı aidiyyəti qurumlara şikayət etdiklərini də deyiblər: “Qış aylarında vəziyyət indikindən qat-qat yaxşı idi. Düşünürdük ki, dərslər bitəndən sonra məktəblilərin olmaması ilə əlaqədar avtobusların içində boşluq olar. Lakin iyunun 14-dən məktəblilərlə bərabər, sanki avtobusların sayını da azaltdılar. Yarım saat avtobus gözləyirik. M8 gəlib çıxanda da o qədər adam olur ki, tutub dayanmağa yer olmur. Təhlükəli vəziyyətdə gedib-gəlirik. Sürücülər qanunsuz olaraq avtobusun arxa qapılarını da minənlər üçün açırlar. 60-70 nəfər tutumu olan avtobuslarda 200 adam daşıyırlar”. 

Vətəndaşlar qeyd edir ki, qışda bu istiqamət üzrə yollarda sıxlıq, tıxac olsa da, hazırda həmin yollar demək olar ki, boşdur: “Qış aylarında həmin sıxlıqla vaxtında gəlib çatan avtobusların indi niyə gecikdiyini anlamaq çətin deyil. Avtobuslar sadəcə olaraq qaraja yığılıb və bundan sərnişinlər əziyyət çəkir”. 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətinin rəhbəri Mayıs Ağayev isə “Qafqazinfo”ya bildirib ki, bu vəziyyətin baş verməsinə səbəb nəqliyyat sıxlığıdır: ““BakuBus”ın istismarında olan M8 xətti üzrə gündəlik olaraq xəttə 10 avtobus çıxarılır. Bu marşrut xətti üzrə avtobuslararası interval qrafikə əsasən, 15 dəqiqə olmalıdır. Lakin Heydər Əliyev prospekti və Zabrat şossesində müşahidə olunan nəqliyyat sıxlıqlarına görə interval 20-25 dəqiqəyə qədər artır”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Xocavənddə daha bir kütləvi məzarlıq aşkarlandı – Fotolar
04/10/2022
Mingəçevirdə narkotik əməliyyatı: 11 nəfər SAXLANILDI (FOTOLAR)
04/10/2022
Erməni diversantların Daşkəsənə basdırdığı minalar aşkar edildi – Foto
04/10/2022
Polis maşında qıcolma keçirən qadını belə xilas etdi – Video
02/10/2022
Prokurorluq Tərtərdə minaya düşənlərlə bağlı MƏLUMAT YAYDI
01/10/2022
Füzulidə iki nəfər minaya düşərək həlak olub – RƏSMİ
30/09/2022
25 yaşlı Nərmin dünyaya övlad gətirərkən komaya düşüb: Küvəzdə olan övladının ona ehtiyacı var – FOTO
29/09/2022
Bakıda küçədə yatan uşaqların valideynləri tapıldı
29/09/2022
Neyropsxioterapevt Nurana Kazımova və TADC bakanı psixoloq-Hakan Seyhan psixososial layihə…
27/09/2022
“Hər həftə duet oxuyuruq” – Şagirdi ilə videosu yayılan müəllim DANIŞDI
26/09/2022
TƏBİB sığınacaqdakı uşaqlar arasında yayılan dəri xəstəliyi barədə AÇIQLAMA verdi
24/09/2022
Videonu gəlin çəkib baldıza göndəribmiş…
24/09/2022
Azərbaycana payız gəldi
23/09/2022
Sakinlərin deputat Etibar Əliyevə müraciəti müsbət həll olundu – Suraxanıda daha bir küçə asfaltlandı
22/09/2022
Avtomobillərin qeydiyyatı və nömrələrlə bağlı yenilik
22/09/2022