> <
XİN rəhbəri: “Radikal ermənilərin hərəkətləri qəbuledilməzdir” | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4223 - dəfə oxunub

XİN rəhbəri: “Radikal ermənilərin hərəkətləri qəbuledilməzdir”

Spread the love

“Radikal ermənilər tərəfindən bir neçə gün əvvəl Los-Ancelesdə törədilmiş insidentlər qəbuledilməzdir və günahkarlar cəzalandırılmalıdır”.
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Qabrielius Landsbergis ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Xarici işlər naziri Los-Ancelesdəki mitinqdə Azərbaycan bayrağına bükülmüş mankeni yandıran radikal ermənilərin qəbuledilməz hərəkətləri barədə xatırladıb: “Bu, on illərdir qurulan, təbliğ edilən və ermənilərin bütün dözümsüzlüklərini göstərən ideologiyadır”.

O, ermənilərin əlləri qan içində olan faşizm tərəfdarlarına abidələr ucaltmağa davam etdiyini xatırladıb və bunun “uzun illərdir davam edən mənfi tendensiya” olduğunu bildirib.

“Bir neçə gün əvvəl daha bir qəbuledilməz insident – Mahatma Qandinin Yerevandakı abidəsinə qarşı vandalizm baş verib. Sual budur: Qandinin günahı nədir?”, – nazir əlavə edib.

Azərbaycan xarici işlər naziri deyib: “Hesab edirəm ki, erməni cəmiyyəti bu ideologiyadan nə qədər tez əl çəksə, onlar üçün bir o qədər yaxşı olacaq. Gələcəyə baxmaq lazımdır, orada yaşayan insanlar bunu nə qədər tez başa düşsələr, onlar üçün və bölgə üçün bir o qədər yaxşı olacaq”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Ceyhun Bayramov Ermənistana səsləndi: “Münasibətlər qarşılıqlı olmalıdır”
19/06/2021
BMT önündə Ermənistanın mina xəritələrini verməməsinə etiraz olaraq sərgi keçirilib
19/06/2021
“50-ə yaxın siyasi partiya bu məsələdə də birləşdi” – Şahin İsmayılov
18/06/2021
Çavuşoğlu: “Azərbaycanın ərazi bütövlüyünə hər kəs hörmət etməlidir”
16/06/2021
Qarabağ öz kimliyinə qovuşacaq – Ərdoğan
15/06/2021
“Müharibə dövründə Türkiyə telekanallarında reportajları izləmişdim”
15/06/2021
Yaponiya səfiri: “Ağdamda gördüklərim məni çox təsirləndirdi”
15/06/2021
Ərdoğan NATO sammitində Merkellə görüşdü
14/06/2021
“Böyük yeddilik” ölkələri sammitinin yekun bəyanatı qəbul olunub
14/06/2021
Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
13/06/2021
“Aİ Azərbaycan və Ermənistan arasında humanitar prosesi dəstəkləyir”
13/06/2021
Rudenko fransalı səfirlə Qarabağı müzakirə etdi
11/06/2021
İlham Əliyev və Mehriban Əliyeva Rusiyanın Patriarxına başsağlığı verdilər
11/06/2021
ISESCO-nun keçmiş baş direktoru Qareginin Xankəndi səfərini PİSLƏDİ
10/06/2021
Ermənistan təxribat hazırlayır – Azərbaycanın artıq xəbəri var
10/06/2021