> <
Xalq artisti erməninin şərlədiyi qazidən yazdı | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4261 - dəfə oxunub

Xalq artisti erməninin şərlədiyi qazidən yazdı

Spread the love

Xalq artisti Flora Kərimova 1 ildir Ukraynada həbsdə saxlanılan II Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı ilə bağlı paylaşım edib.
KivNews.com xəbər verir ki, sənətçi instaqram hesabında qazi ilə bağlı yazaraq ona dəstək olmağı xahiş edib.
“Bu igidimiz – Qasımlı Misiri “İkinci Vətən” – Qarabağ müharibəsində içimizdən gələn sözləri dilinə gətirdiyinə görə hamımız sevərək izləyir, bölüşürdük. Bu gənc bir vətənsevər kimi xarici məmləkətdə isti yuvasını tərk edib, könüllü olaraq vətəninin dar günündə vicdanının səsi ilə sənin, mənim, Qarabağımızın intiqamını almağa gəlib, alıb da!
Bildiyim qədər ilə məhz bu sözlərinə görə ermənilər tərəfindən şərlənib. Azərbaycan oğlunun qürbətdə, dəmir barmaqlıqlar arxasında bir “dığa”ya görə mühakimə olunması azərbaycanlı olaraq məni çox məyus edir.
Hamımızın bacardığı nəsə var. Mənim gücüm səsimi, biganəsizliyimi sizlərə çatdırmağa çatır. Sizin də bacardığınız bir şeylər var. Heç nə əlinizdən gəlməsə belə, şəklini paylaşaraq dəstək ola bilərsiz. Necə ki, bu videonu hamımız paylaşırdıq. Demirəm ki, gedin Ukraynada məhkəmə önündə aksiya keçirin. Millət olaraq haray salaq, hakim də bilər ki, övladımız “yetim” deyil! Arxasında milləti var. Bunlar bir yana, əsas odur ki, darda olan həmyerlimiz bivec olan sosial şəbəkələri açanda görsün ki, könüllü qoruduğu vətənin xalqı da, milləti də dar günündə onun yanındadır, dayağıdır.
Qəribsəmə, Misir oğlum! Bağlı qapılar daim bağlı qalmayacaq. Kilidləri açılanda bil ki, bu məmləkətdə səni alqışı ilə qarşılayan mənlər var”, – deyə, Flora Kərimova yazıb.
Qeyd edək ki, Misir Qasımlı və Sübhan Quliyev Kiyevdə milliyyətcə erməni olan əcnəbinin şikayəti əsasında saxlanılıblar. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri irəli sürülsə də, 1 ildir sübut olunmur. Hazırda M.Qasımlı və S.Quliyev Ukraynada istintaq təcridxanasında saxlanılırlar. 29 yaşlı Misir Qasımlı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Deputat “yetim-yesir” sözünə aydınlıq gətirdi
04/10/2022
Ombudsmandan Xocavənddəki məzarlıqla bağlı çağırış…
04/10/2022
Jalə Əhmədovanın həyat yoldaşı vəfat etdi
04/10/2022
İlham Əliyev və xanımı Ağdamın dəmir yolu və avtovağzal kompleksinin təməlini qoydular
04/10/2022
Prezidentlə xanımı Sarıcalı kəndinin təməlini qoydular
04/10/2022
Prezident bu müəllimləri təltif etdi
04/10/2022
Prezident: “İşğal dövründə Səudiyyə Ərəbistanı bizim haqlı işimizə davamlı dəstək verirdi”
04/10/2022
Müslümovun oğullarının adına aldığı milyonluq mülklər üzə çıxdı
04/10/2022
Azadlığının ikinci ilində Cəbrayıl – FOTOREPORTAJ
04/10/2022
Cəbrayılın azadlığına gedən yol: “Nüzgar kəndində yeddi gün döyüşdük” – FOTO
04/10/2022
Ermənilər Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimizi atəşə tutublar – RƏSMİ
04/10/2022
Mask Rusiya və Ukrayna arasında münaqişənin həlli yolunu təklif etdi və cavabını aldı – FOTO
03/10/2022
Prezident İlham Əliyev İsrailin müdafiə nazirini qəbul edib
03/10/2022
Vətən müharibəsi qəhrəmanı Suqovuşanın azad edilməsindən danışdı – VİDEO
03/10/2022
Vilayət Eyvazov baş leytenantı yüksək vəzifəyə təyin etdi
03/10/2022