> <
Vəzifəli şəxs torpaq satdığı üçün həbs edildi | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4228 - dəfə oxunub

Vəzifəli şəxs torpaq satdığı üçün həbs edildi

Spread the love

İsmayıllı rayonu Keyvəndi bələdiyyəsinin sədri Dəmirov Akif Balaməmməd oğlunun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Belə ki, keçirilmiş əməliyyat tədbirləri ilə Akif Dəmirov qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək meşə ərazisində torpağın faydalı üst münbit qatının qanunsuz olaraq daşınmasına köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş şəxsdən aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda pul vəsaitini alarkən cinayət başında yaxalanıb.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Akif Dəmirova 17 aprel 2021-ci il tarixdə CM-in 178.2.3 (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Nazirin vəzifə verdiyi xanım bu deputatın həyat yoldaşı imiş – FOTO
19/06/2021
Qarabağda tikilən aeroportlarla bağlı yeni qərar
19/06/2021
Taksidə qabaqda oturanlar cərimələndi – Video
18/06/2021
Arif Quliyevin məzar daşı qoyulmayıb – Ailəsinin imkanı yoxdur
18/06/2021
Nabranda baş verən yanğının söndürülməsinə helikopter cəlb olunub
18/06/2021
Qubada külək bəzi yaşayış məntəqələrini işıqsız qoydu
18/06/2021
Nabranda yanğın meşəlik əraziyə keçib – Foto+Yenilənib
17/06/2021
Komada qalan qazimiz şəhid oldu
16/06/2021
“Əhmədli” metrostansiyasında tüstülənmə olub
16/06/2021
İlham Əliyevlə Ərdoğan Natəvan, Bülbül və Üzeyirin heykəllərini ziyarət edib – Video
15/06/2021
Dələduzluqda ittiham edilən sabiq deputatın məhkəməsi keçiriləcək
15/06/2021
Daha 25 nəfər koronavirusa yoluxdu – Günün STATİSTİKASI
14/06/2021
Cəbhəyə təkər aparan TİR-dan “Ekologiya postu”nda 100 manat alınıb? — FOTO
13/06/2021
Kəlbəcərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
12/06/2021
Gömrüklə bağlı daha bir qalmaqal: “Məndən əlavə ödəniş tələb olunur”
11/06/2021