> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4214 - dəfə oxunub

Vətən müharibəsinin qazi həkimi döyüşlərdə iştirakından DANIŞDI – FOTO

Spread the love

44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu.
Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2904 hərbi qulluqçusu şəhid olub. Onların sırasında 10 hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 

44 günlük Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial dəstəklə təminatı üçün genişmiqyaslı tədbirlər həyata keçirilir.

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu” (“YAŞAT” Fondu) tərəfindən də qazilərin müayinə və müalicə xərcləri qarşılanır.

Həmin şəxslərdən biri Vətən müharibəsində yaralanan qazi, tibb xidməti baş leytenantı Kərimli Məhəmməd Mehman oğludur.

O, döyüşlər zamanı aldığı xəsarət və müalicəsi barədə Oxu.Az-a danışıb.

Qazimiz 1992-ci il Qəbələ rayonunda anadan olub:

“Mən 2015-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişəm və orduda həkim kimi fəaliyyətə başlamışam. Vətən müharibəsi zamanı Füzuli və Xocavənd istiqamətlərdə gedən döyüşlərdə də iştirak etmişəm. Mən döyüşdən əvvəldə ön xətdə xidmət edirdim.

Döyüşlər başlayan andan ilk sırada birbaşa ön xətdə yaralılara yardım göstərib, təxliyə ilə məşğul olmuşam. Ötən ilin oktyabrın 26-da Xocavənddən yaralıları döyüşdən çıxaranda maşınla minaya düşdük. Həmin maşındakı dörd nəfər şəhid oldu, mən və bir yaralı əsgər sağ qaldıq”.

Qazi deyir ki, bədəninin yarı hissəsində demək olar ki, yanıq xəsarətləri var:

“Kürək, bel, ayaq, üz, baş nahiyəm və əllərim tam yanmışdı. Eyni zamanda, qol və qarın hissəm də qismən yanmışdı. Həmçinin, birinci bel fəqərəm sındı, sol qolum çıxdı və sağ ayağımı böyük qəlpə kəsmişdi. İki ay Silahlı Qüvvələrin Baş Klinik Hospitalıında, üç ay evdə müalicə aldım. Qismən sağaldım, amma sonradan yaralarım dərinləşməyə başladı.

Daha sonra müalicə xərclərim “YAŞAT” Fondu tərəfindən qarşılandı. Birinci dəfə klinikaların birində dəri köçürmə əməliyyatı etdirildi. Daha sonra yenə də sağalma olmadığı üçün həkimlər Türkiyəyə getməyi məsləhət gördülər və Fond xərcləri qarşıladı. 44 gün də Türkiyədə “İstanbul Bağcılar Eğitim ve Araştırma” tibb müəssisəsində müalicə aldım və qayıtdım”.

M.Kərimli əlavə edib ki, müalicəsi ilə bağlı göstərilən qayğı nəticəsində indi demək olar ki, tam sağalıb:

“Ancaq üz və baş nahiyələrimdə qalan ləkələrə görə kosmetoloji müalicə alıram. Mən hospitalda müalicə alan zaman həkim yoldaşlarımdan çox qayğı gördüm. Oradan çıxandan sonra yenə həkimlər evdə müalicəmi apardılar.

Həkimlərimdən başda Mahir Əliyev olmaqla, çox gözəl qayğı göstərdilər, mənim üstümdə çox əziyyətləri oldu. Sağlamlığım üçün mənə dəstək olan “YAŞAT” Fondu əməkdaşlarına da təşəkkür edirəm”.

 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Cəbhəyə təkər aparan TİR-dan “Ekologiya postu”nda 100 manat alınıb? — FOTO
13/06/2021
Kəlbəcərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
12/06/2021
Gömrüklə bağlı daha bir qalmaqal: “Məndən əlavə ödəniş tələb olunur”
11/06/2021
Füzulinin Gecəgözlü kəndindən görüntülər – VİDEO
11/06/2021
Vətən müharibəsinin qazi həkimi döyüşlərdə iştirakından DANIŞDI – FOTO
11/06/2021
Bu gün Azərbaycanda döyüşən livanlı terrorçuya hökm oxunacaq
11/06/2021
Polad Həşimov parkının açılacağı vaxt məlum oldu – ÖZƏL + FOTO
11/06/2021
Zəngilanın Məmmədbəyli kəndindən görüntülər – Video
10/06/2021
Vaksinin ikinci dozasını 56 günə qədər vurdurmaq olar – Səhiyyə Nazirliyi
10/06/2021
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi
09/06/2021
BŞTİ-də vətəndaşların qəbulu bu tarixədək DAYANDIRILDI
08/06/2021
Azərbaycanda şok olay: 8-ci sinif şagirdini 38 yaşlı kişiyə nişanladılar FOTO YENİLƏNİB
08/06/2021
Təhsil Nazirliyi tələbələrin yekun dövlət attestasiyası ilə bağlı məlumat yayıb
07/06/2021
Suraxanıda daha bir küçə asfaltlandı – FOTO
07/06/2021
Bakıda yol çökdü, qaz xətti deformasiyaya uğradı – VİDEO
06/06/2021