> <
Uşaq doğan 15 yaşlı qız kiminlə evli olub? – NƏNƏSİ AÇIQLADI | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4232 - dəfə oxunub

Uşaq doğan 15 yaşlı qız kiminlə evli olub? – NƏNƏSİ AÇIQLADI

Spread the love

Ağcabədi rayonunda 15 yaşlı yeniyetmə qızın uşaq dünyaya gətirməsi barədə xəbər vermişdik.
Kivnews.com Lent.az-a istinadən bildirir ki, sözügedən qız 23 yaşlı xalası oğlu ilə qeyri-rəsmi evli olub. Onlar dini kəbin əsasında ər-arvad kimi yaşayıblar.
Hadisə barədə saytımıza danışan qızın ata nənəsi Şərəf Hüseynova bildirib ki, nəvəsi xalası oğlu ilə sözlü olub:

“Onların evlənməsi üçün hər iki ailə gözləyirdi. Ancaq sonradan oğlanın anası dünyasını dəyişdi. Onlara bir çay verən yox idi. Ümumiyyətlə evdə bir qadın yox idi. Nəvəm də xalasıgilə tez-tez gedib-gəlirdi. Sonra özü dedi ki, onları bu vəziyyətdə qoymaq istəmir və getdi qayıtmadı. Beləcə nəvəm xalası oğlu ilə bir evdə yaşamağa başladılar.Onu da deyim ki, nəvəmin hamilə olduğunu biləndən sonra həkimə aparmağa qorxdum. Axı necə gedib deyərdim ki, 15 yaşlı qız hamilədir. Sonradan isə başqa çarəmiz olmadı və sənədləri verəndə azyaşlı olduğu müəyyən olundu”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, hadisə ilə bağlı Rayon Mərkəzi Xəstəxanasından Ağcabədi Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Faktla bağlı RPŞ-nin əməkdaşları tərəfindən ilkin araşdırma tədbirləri başlanılıb.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Çavuşoğludan Ermənistandakı seçkilərin bölgəyə təsiri ilə bağlı – Açıqlama
20/06/2021
Əli Nağıyev və Vilayət Eyvazov vəzifələrinin öhdəsindən yüksək peşəkarlıqla gəliblər — RƏYLƏR
20/06/2021
Müdafiə Nazirliyi mina xəritələri barədə məlumatlara aydınlıq gətirdi
20/06/2021
İranın yeni prezidenti kimdir? – İbrahim Rəisi Xameneyidən sonra ali dini lider ola bilər
19/06/2021
MEDİA ilə ADA Universitetinin təşkil etdiyi silsilə seminarlara üçüncü qrup media nümayəndələri qoşuldular — FOTOLAR
18/06/2021
İranda prezident seçkiləridir – Qutudan kim çıxacaq?
18/06/2021
DTX Ukraynada əməliyyat keçirdi – Video
18/06/2021
“Xarı Bülbül” hotelinin bağçasında bir fincan qəhvə… – FOTO
18/06/2021
Vətən müharibəsində şəhid olan tibb işçiləri – 9 həkim, 7 feldşer, 26 sanitar
17/06/2021
DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək
17/06/2021
Ərdoğan azərbaycanlı məcburi köçkünlərə çağırış etdi
16/06/2021
“Bütün dünya bilsin ki, Azərbaycanın yanında olacağıq”
16/06/2021
Rəsmi Bakı: “Prezidentlərin Şuşaya səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil”
16/06/2021
Ərdoğan: Qarabağ sahiblərinə qovuşdu və erməni zülmündən, işğalından azad edildi
15/06/2021
Cıdır düzündən möhtəşəm görüntülər – Video
15/06/2021