> <
Toyların keçirilməsinə bu şərtlər daxilində icazə verilə bilər – AÇIQLAMA | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4228 - dəfə oxunub

Toyların keçirilməsinə bu şərtlər daxilində icazə verilə bilər – AÇIQLAMA

Spread the love

Koronavirus pandemiyası dövründə cəmiyyəti maraqlandıran ən böyük suallardan biri toyların keçirilməsinə nə zaman icazə veriləcəyi ilə bağlıdır. Bəllidir ki, koronavirus kütləvi tədbirlərdə sürətlə yayıldığı üçün indiki şəraitdə ənənəvi toyların keçirlməsi təhlükəlidir. Lakin bəzi vətəndaşlar bu təhlükəni heçə sayaraq icazəsiz məclislər keçirir və bir çox hallarda toy polis bölməsində başa çatır. Cəmiyyətdə toyların müəyyən şərtlər daxilində keçirilməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilir.

Milli Məclisin deputatı Afət Həsənova da Trend-ə açıqlamasında toyların keçirilməsinə müəyyən şərtlər daxilində icazə verilməsini məqsədəuyğun hesab edir: “Bu məsələ bu gün çox aktualdır. Bununla bağlı görüşlərimizdə də əhali tərəfindən çoxlu suallar verilir. Baxmayaraq ki pandemiya dalğavari şəkildə davam edir, gah artır, gah azalır, fikrimcə, müəyyən şərtlər daxilində toyların keçirilməsinə icazə verilə bilər.

Bu şərtlər Operativ Qərargah tərəfindən konkret işlənib hazırlansa, təqdim olunsa, insanlar da həmin tələblər daxilində övladlarına toy edə bilərlər. Bu şərtlər nədən ibarət ola bilər? Əvvəlki kimi çoxsaylı, yəni 300-500 nəfərlik toyların keçirilməsi bu gün məqsədəuyğun deyil. İkincisi hesab edirəm ki, qarşıdan yayın gəlməsini nəzərə alaraq toyların açıq havada keçirilməsi daha məqbul olar. Həm Bakıda, həm də rayonlarda açıq toy mərasimlərinin keçirilməsinə imkan var. Yəni belə şəraitdə, müəyyən olunmuş vaxt çərçivəsində toyların keçirilməsi mümkün ola bilər.

İllərlə bu toy arzusu ilə yaşayan valideynlər, ailələr var və biz onları toylardan məhrum edə bilmərik. Bəziləri təklif edir ki, toy mərasimlərini ailə içində qeyd etsinlər və s. Ancaq elə şəkildə qapalı məkanda yoluxma ehtimalı daha çoxdur, nəinki açıq havada. Və yaxud da ki, 500-600 nəfərlik zalda 100-150 nəfərlik, masaları aralı qoymaqla, masa ətrafında insanların ara məsafəsini təmin edilməklə toylar keçirmək mümkün ola bilər. Hətta mən deyərdim ki, rəqs edən insanların da sayını müəyyən etmək olar və bunun da əsas səbəbi insanlar arasında kontaktı minimuma endirməkdir. Belə olduğu halda şadlıq sarayları da açıla bilər ki, bu da öz növbəsində bir çox insanların iş yerlərinin bərpasına, maddi durumlarının yaxşılaşmasına səbəb olar”.

Deputat həmçinin vətəndaşları diqqətli olmağa, karantin qaydalarına ciddi riayət etməyə, vaksinasiya prosesində aktiv iştirak etməyə çağırıb: “Virusun yayılmasının qarşısının alınmasında ən böyük məsuliyyət bizlərin üzərinə düşür. Hər kəs qaydalara riayət etməlidir, vaksinasiya prosesində aktiv iştirak etməlidir. Əgər hər kəs bunlara əməl etsə, inanıram ki, tez bir zamanda biz bu virusa qalib gələ və rahat şəkildə toylarımızı keçirə bilərik”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Nabranda yanğın meşəlik əraziyə keçib – Foto+Yenilənib
17/06/2021
Komada qalan qazimiz şəhid oldu
16/06/2021
“Əhmədli” metrostansiyasında tüstülənmə olub
16/06/2021
İlham Əliyevlə Ərdoğan Natəvan, Bülbül və Üzeyirin heykəllərini ziyarət edib – Video
15/06/2021
Dələduzluqda ittiham edilən sabiq deputatın məhkəməsi keçiriləcək
15/06/2021
Daha 25 nəfər koronavirusa yoluxdu – Günün STATİSTİKASI
14/06/2021
Cəbhəyə təkər aparan TİR-dan “Ekologiya postu”nda 100 manat alınıb? — FOTO
13/06/2021
Kəlbəcərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
12/06/2021
Gömrüklə bağlı daha bir qalmaqal: “Məndən əlavə ödəniş tələb olunur”
11/06/2021
Füzulinin Gecəgözlü kəndindən görüntülər – VİDEO
11/06/2021
Vətən müharibəsinin qazi həkimi döyüşlərdə iştirakından DANIŞDI – FOTO
11/06/2021
Bu gün Azərbaycanda döyüşən livanlı terrorçuya hökm oxunacaq
11/06/2021
Polad Həşimov parkının açılacağı vaxt məlum oldu – ÖZƏL + FOTO
11/06/2021
Zəngilanın Məmmədbəyli kəndindən görüntülər – Video
10/06/2021
Vaksinin ikinci dozasını 56 günə qədər vurdurmaq olar – Səhiyyə Nazirliyi
10/06/2021