“Torqovı”da “gəzən heykəl”i sillələyən kişi AXTARIŞA VERİLDİ – YENİLƏNİB

“Gəzən heykəl”ə sillə vuran şəxs axtarışdadır.
Bu barədə “gəzən heykəl”i canlandıran Pərviz Abdullayev məlumat verib.
O, hadisənin təfərrüatlarını belə nəql edib:
“Hadisə mayın 15-də olub. Həmişə olduğu kimi şəhərin mərkəzi küçəsində çıxış edirdim. Anidən bir kişi gəldi, vurdu və getdi. Heç bir reaksiya vermədim. Eləcə işimə davam etdim.
Polisə müraciət etmişəm. Adam axtarışdadır. Sərxoş olduğu bəlli deyil. Kimliyi barədə də heç bir məlumat yoxdur”.
***
saat 13:58
Bakının Nizami küçəsində heykəl adama qarşı zor tətbiq edilib.
Lent.az xəbər verir ki, hadisə "Xəqani" Ticarət Mərkəzinin qarşısında baş verib.
Orta yaşlı kişi heykəl adam obrazında pantomim nömrələri ilə çıxış edən və bu bacarığına görə də hər kəsin diqqətini cəlb edən gənc aktyora sillə vurub.
Bu isə ətrafdakıların hiddətinə səbəb olub.
Görüntüləri təqdim edirik:

24/06/2022

23/06/2022

23/06/2022

23/06/2022

23/06/2022

22/06/2022

22/06/2022

22/06/2022
22/06/2022

21/06/2022

21/06/2022

20/06/2022

20/06/2022

20/06/2022

20/06/2022