> <
“Tofiq Şahmuradov həmin statusu 5 dəqiqə sonra silib” | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4260 - dəfə oxunub

“Tofiq Şahmuradov həmin statusu 5 dəqiqə sonra silib”

Spread the love

Bloqer Tofiq Şahmuradov barəsində seçilmiş inzibati həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində Nizami Rayon Məhkəməsinin 27 iyul tarixli qərarından verilmiş şikayətlə bağlı iclas keçirilib.
Məhkəmə iclasında T. Şahmuradovun müdafiəçisi onun barəsində qərar verilərkən yüngülləşdirici halların nəzərə alınmadığını bildirib: “26 iyul 2022-ci il tarixdə hüquqlarını müdafiə etdiyim şəxs özünün feysbuk səhifəsində “Quru qoşunları komandanı general Əfəndiyev minaya düşüb” başlıqlı məlumat yerləşdirib və təxminən 5 dəqiqə sonra həmin məlumatı sosial şəbəkədən silib. Ümumiyyətlə feysbuk sosial şəbəkəsində məlumatı yaymağın qadağan olunmasını düzgün hesab etmirik. Jurnalistin işi informasiyanı tapmaq və yaymaqdan ibarətdir. Tofiq Şahmuradov hərbi bloqer kimi tanınır və hamı onun hərbi bloqer olduğunu bilir. Feysbukda özünün sahibi olduğu səhifənin 300 000 nəfər istifadəçisi var. Həmin məlumatlar Tofiq Şahmuradova verilib, o da sosial şəbəkədə paylaşıb. Hərbi qulluqçunun yaralanması hərbi sirr hesab edilmir. Həmçinin məhkəmə qəbul etmiş olduğu qərarında Tofiqin məsuliyyətini yüngülləşdirən halları nəzərə almayıb”.

Bakı Apellyasiya Məhkəməsi Nizami Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb, T. Şahmuradovun şikayəti təmin olunmayıb.

Qeyd edək ki, “Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında protocol tərtib edilib və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Deputat “yetim-yesir” sözünə aydınlıq gətirdi
04/10/2022
Ombudsmandan Xocavənddəki məzarlıqla bağlı çağırış…
04/10/2022
Jalə Əhmədovanın həyat yoldaşı vəfat etdi
04/10/2022
İlham Əliyev və xanımı Ağdamın dəmir yolu və avtovağzal kompleksinin təməlini qoydular
04/10/2022
Prezidentlə xanımı Sarıcalı kəndinin təməlini qoydular
04/10/2022
Prezident bu müəllimləri təltif etdi
04/10/2022
Prezident: “İşğal dövründə Səudiyyə Ərəbistanı bizim haqlı işimizə davamlı dəstək verirdi”
04/10/2022
Müslümovun oğullarının adına aldığı milyonluq mülklər üzə çıxdı
04/10/2022
Azadlığının ikinci ilində Cəbrayıl – FOTOREPORTAJ
04/10/2022
Cəbrayılın azadlığına gedən yol: “Nüzgar kəndində yeddi gün döyüşdük” – FOTO
04/10/2022
Ermənilər Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimizi atəşə tutublar – RƏSMİ
04/10/2022
Mask Rusiya və Ukrayna arasında münaqişənin həlli yolunu təklif etdi və cavabını aldı – FOTO
03/10/2022
Prezident İlham Əliyev İsrailin müdafiə nazirini qəbul edib
03/10/2022
Vətən müharibəsi qəhrəmanı Suqovuşanın azad edilməsindən danışdı – VİDEO
03/10/2022
Vilayət Eyvazov baş leytenantı yüksək vəzifəyə təyin etdi
03/10/2022