> <
“TikTok” uşaqların şəxsi məlumatlarını toplayırmış: Cinayət işi açıldı | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4225 - dəfə oxunub

“TikTok” uşaqların şəxsi məlumatlarını toplayırmış: Cinayət işi açıldı

Spread the love

Böyük Britaniyanın sabiq Uşaq Ombudsmanı Enn Longfild “TikTok”u yetkinlik yaşına çatmayan istifadəçilərdən fərdi məlumatları qanunsuz olaraq toplamaqda günahlandıraraq, elektron platformaya qarşı iddia qaldırıb.

Bu barədə “The Guardian” xəbər verir.

Keçmiş ombudsman tətbiqin Birləşmiş Krallıq və Birlik ölkələrinin yetkinlik yaşına çatmayanların fərdi məlumatlarının qorunmasına dair qanunlarını pozduğunu iddia edib.

İddiada bildirilir ki, “TikTok” uşaqların şəxsi məlumatlarını lazımi xəbərdarlıq etmədən və ya yetkinlik yaşına çatmayan istifadəçilərin valideynlərinə bildirmədən istifadə edir.

Saytın qaydalarına görə, 13 yaşdan yuxarı yeniyetmələr platformada qeydiyyatdan keçə bilərlər. Bununla belə, 2020-ci ildə “Ofcom” (yayım tənzimləyicisi) Brinatinayada 8-12 yaş arasındakı uşaqların 42 faizinin “TikTok” istifadə etdiyini müəyyənləşdirib.

Longfildin bildirdiyinə görə, təkcə Böyük Britaniyada 3,5 milyondan çox yeniyetmə qanunsuz məlumat toplanmasından zərər çəkə bilər.

Longfild şəxsi məlumatların toplanmasını dayandırmaq və əldə edilmiş məlumatların silinməsinə nail olmaq niyyətindədir. Bundan əlavə, o, əhəmiyyətli dərəcədə maddi təzminat tələb edir.

Sosial şəbəkə rəhbərliyi ittihamları əsassız hesab edib.

“Məxfilik və təhlükəsizlik “TikTok” üçün əsas prioritetdir. Bütün istifadəçiləri, xüsusən də yeniyetmələri qorumağa kömək edəcək etibarlı proseslərə və texnologiyalara sahibik”, – deyə şirkətdən bildirilib.

“TikTok” məhkəmədə özünü müdafiə etmək niyyətini vurğulayıb.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Vaksinlərin sonsuzluq yaratması iddiasına aydınlıq gətirildi
18/06/2021
Antitel analizləri üçün nə qədər ödəməliyik?
17/06/2021
Bakıdakı xəstəxanada qazinin döyülməsi iddialarına CAVAB – VİDEO
17/06/2021
Sabahdan güclü külək əsəcək – XƏBƏRDARLIQ
17/06/2021
Polislər yollarda gizli radarlar qurub? – DYP-dən rəsmi açıqlama
17/06/2021
Əliyevlə Ərdoğan Daşaltı və Şuşanı seyr edir
15/06/2021
Azərbaycanda ilk dəfə beşəm dünyaya gəldi – FOTOLAR
13/06/2021
Bazar günü Bakıda 30 dərəcə isti olacaq
12/06/2021
Dünyada koronavirusa yoluxanların sayı 176 milyonu keçdi
12/06/2021
Heydər Əliyev prospektində baş vermiş qəza tıxaca səbəb oldu – FOTO
11/06/2021
Rayonlara yağış yağacaq
11/06/2021
“Son hədd” adlı etüd Avrasiya Film Festivalında…
10/06/2021
Britaniya MN mina təhlükəsi ilə bağlı Azərbaycanda araşdırma aparıb – FOTO
10/06/2021
Kəramət Böyükçöl yenə məhkəməyə çağırıldı – Həbs oluna bilər
10/06/2021
25 qazi yüksək texnologiyalı protezlə təmin edildi
10/06/2021