> <
“The Washington Post”: “Şuşa Azərbaycan mədəniyyətinin mərkəzidir” | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4232 - dəfə oxunub

“The Washington Post”: “Şuşa Azərbaycan mədəniyyətinin mərkəzidir”

Spread the love

ABŞ-ın məşhur “Washington Post” nəşri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində Novruz bayramını necə qeyd etməsi barədə məqalə dərc edib.
Bu barədə Caliber.Az məlumat yayıb.
Məqalədə qeyd olunur ki, əsrlər boyu Azərbaycan mədəniyyətinin mərkəzi olmuş və 1992-ci ildən bəri erməni işğalı altında olan Şuşa 2020-ci ilin noyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib.

“Bu gün biz Novruz bayramını bizim qədim şəhərimiz, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi”, – deyə nəşr Prezident İlham Əliyevin Novruzun qeyd edilməsinin ənənəvi üsulu olan tonqalın yandırılmasından sonra səsləndirdiyi fikirləri təqdim edib.

Məqalədə prezidentin xalqa bayram müraciətindən çıxarış təqdim olunub:

“Ola bilsin, Şuşa, şəhərdəki tarixi yerlərimiz mənfur düşmən tərəfindən dağıdılıb. Ancaq Şuşa təslim olmadı. Şuşa sınmadı, ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və biz bu gün Şuşada bunu bir daha görürük”.

Nəşr qeyd edir ki, Azərbaycan ötən il baş verən 44 günlük müharibə zamanı öz torpaqlarını erməni işğalından azad edib.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Ərdoğan NATO sammitində Merkellə görüşdü
14/06/2021
“Böyük yeddilik” ölkələri sammitinin yekun bəyanatı qəbul olunub
14/06/2021
Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
13/06/2021
“Aİ Azərbaycan və Ermənistan arasında humanitar prosesi dəstəkləyir”
13/06/2021
Rudenko fransalı səfirlə Qarabağı müzakirə etdi
11/06/2021
İlham Əliyev və Mehriban Əliyeva Rusiyanın Patriarxına başsağlığı verdilər
11/06/2021
ISESCO-nun keçmiş baş direktoru Qareginin Xankəndi səfərini PİSLƏDİ
10/06/2021
Ermənistan təxribat hazırlayır – Azərbaycanın artıq xəbəri var
10/06/2021
“Beynəlxalq təşkilatların prosesdə iştirakı Bakı və Yerevanın razılığı ilə mümkündür”
08/06/2021
Hikmət Hacıyev beynəlxalq təşkilatları Kəlbəcərdəki hadisəni pisləməyə çağırdı – FOTO
04/06/2021
Ceyhun Bayramov minaya düşən jurnalistlərdən yazdı
04/06/2021
Zaxarovadan Qarabağ AÇIQLAMASI
03/06/2021
Makron İlham Əliyevə məktub yazdı
03/06/2021
Nəqliyyat dəhlizləri açılacaq, bu qaçılmazdır – RUSİYADAN MÜSAHİBƏ
01/06/2021
Əli Əsədov Cahit Bağçı ilə görüşdü
31/05/2021