> <
“Taliban”ın tərkibində döyüşən azərbaycanlılar həbs edildi – VİDEO | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4221 - dəfə oxunub

“Taliban”ın tərkibində döyüşən azərbaycanlılar həbs edildi – VİDEO

Spread the love

Azərbaycan vətəndaşlarının ölkə hüdudlarından kənarda, digər dövlətlərin ərazisindəki qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmələri ilə əlaqədar toplanmış materiallar əsasında əməliyyat-istintaq tədbirləri aparılıb.

Kivnews.com DTX-nin saytına istinadən xəbər verir ki, araşdırmalar nəticəsində, Azərbaycan vətəndaşları – 1977-ci il təvəllüdlü Məmmədov Yəhya Şərməddin oğlunun, 1985-ci il təvəllüdlü Cəbiyev Elnur Güloğlan oğlunun və qeyrilərinin ölkə hüdudlarından kənarda aparılan münaqişələrdə qanunsuz silahlı birləşmələrin tərkibində iştiraklarına dair əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Yəhya Məmmədov və Elnur Cəbiyevin müvafiq olaraq 2010-cu ilin noyabr və dekabr aylarında ölkəni tərk edərək əvvəlcə İran İslam Respublikasına, oradan isə qeyri-leqal yollarla Pakistan İslam Respublikasına keçdikləri və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində “Taliban” hərəkatına tabe olan “Səlahəddin” camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etdikləri məlum olub.

Qeyd olunan faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Yəhya Məmmədov və Elnur Cəbiyev saxlanılaraq Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hər iki şəxs törətdikləri cinayət əməllərini etiraf edərək səmimi peşmançılıq hissi keçirdiklərini bildiriblər.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Ərdoğanla Baydenin görüşü başa çatdı – Yenilənib+Fotolar
14/06/2021
Dörd nəfərin ölümünə səbəb olan Elşad klub prezidenti imiş… – Fotolar
14/06/2021
AVRO-2020: Çexiya Şotlandiyaya qalib gəlir – YENİLƏNİR
14/06/2021
Prezident Şuşa yolundakı tunelin təməlini qoydu
14/06/2021
Qarabağda döyüşmüş livanlı muzdlu terrorçuya 20 il hökm oxundu
14/06/2021
4 nəfərin ölümünə səbəb olan qəzada “Range Rover”i kim sürürmüş? – Rəsmi açıqlama
14/06/2021
COVID-19 pasportu – Bizə hansı üstünlükləri verəcək?
14/06/2021
İş adamının kürəkəni “Range-Rover”lə 4 nəfərin ölümünə səbəb oldu – Video
14/06/2021
Şuşa Ərdoğanın gəlişinə belə hazırlaşır – Fotolar
14/06/2021
Cəbrayılın Cəfərabad kəndindən görüntülər – VİDEO
13/06/2021
Cahit Bağcıdan Ərdoğanın Şuşa səfəri ilə bağlı açıqlama – FOTO
13/06/2021
İlham Əliyev: “Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək”
13/06/2021
İlham Əliyevin təzyiqi bəhrəsini verdi: Ermənistan mina xəritələrini təqdim etdi
12/06/2021
Gürcüstandakı soydaşlarımızla svanlar arasında yeni İNSİDENT
12/06/2021
Bakıda iş adamının oğlunu oğurlayıb yarım milyon dollar istədilər
11/06/2021