> <
Təhsil Nazirliyinin “yandırdığı” milyonlar – FAKTLAR | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4237 - dəfə oxunub

Təhsil Nazirliyinin “yandırdığı” milyonlar – FAKTLAR

Spread the love

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin elan etdiyi tenderin qalibləri məlum olub.

Tenderin qalibləri "Broaden-SR" MMC və “Mennom Ltd” MMC olub. Bu şirkətlər 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan Lənkəran şəhəri, Lerik və Astara rayonları üzrə ümumtəhsil məktəblərini odunla təmin edəcək. Təhsil Nazirliyi 3 905 kub metr peçlik odun üçün "Broaden-SR" MMC və “Mennom Ltd” MMC şirkətlərinə 176 min 758 manat ödəyəcək.

– Lənkəran şəhəri üzrə ümumtəhsil məktəblərinə 94 min 813 manat dəyərində 1 607 kub metr peçlik odun alınacaq (1 kub metr 59 manat)

– Lerik rayonu üzrə ümumtəhsil məktəblərinə 75 min 222 manat dəyərində 1 260 kub metr peçlik odun alınacaq (1 kub metr 59,7 manat)

– Astara rayonu üzrə ümumtəhsil məktəblərinə 60 min 723 manat dəyərində 1 038 kub metr peçlik odun alınacaq (1 kub metr 58,5 manat)

Məlumat üçün bildirək ki, tenderin qalibi olan şirkətlər cəmi 2-3 ay əvvəl dövlət qeydiyyatına alınıblar.

"Broaden-SR" MMC 17.02.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 30 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi ev 133-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Rəsul Salam oğludur.

Mennom Ltd” MMC 12.03.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamaə kapitalı 30 manat olan MMC-nin hüquqi ünvanı Sabunçul rayonu, Bakıxanov ŞTQ, Gənclik küçəsi ev 23, m.65-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nurulu Rüstəm Aftandil oğludur.

Onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 2-3 ay əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil. 

Xatırladaq ki, Təhsil Nazirliyi ümumtəhsil məktəblərini odun yanacağı ilə təmin etmək üçün mütəmadi olaraq tenderlər keçirir. Alınan odun yanacaqlarının qiymətləri arasında kəskin fərqlər olur. Eyni zamanda qazlaşma səviyyəsinin 100 faiz olduğu rayonlarda belə məktəblər üçün odun yanacağı alınır. //Yeniavaz.com 

 

 

 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Nazirin vəzifə verdiyi xanım bu deputatın həyat yoldaşı imiş – FOTO
19/06/2021
Qarabağda tikilən aeroportlarla bağlı yeni qərar
19/06/2021
Taksidə qabaqda oturanlar cərimələndi – Video
18/06/2021
Arif Quliyevin məzar daşı qoyulmayıb – Ailəsinin imkanı yoxdur
18/06/2021
Nabranda baş verən yanğının söndürülməsinə helikopter cəlb olunub
18/06/2021
Qubada külək bəzi yaşayış məntəqələrini işıqsız qoydu
18/06/2021
Nabranda yanğın meşəlik əraziyə keçib – Foto+Yenilənib
17/06/2021
Komada qalan qazimiz şəhid oldu
16/06/2021
“Əhmədli” metrostansiyasında tüstülənmə olub
16/06/2021
İlham Əliyevlə Ərdoğan Natəvan, Bülbül və Üzeyirin heykəllərini ziyarət edib – Video
15/06/2021
Dələduzluqda ittiham edilən sabiq deputatın məhkəməsi keçiriləcək
15/06/2021
Daha 25 nəfər koronavirusa yoluxdu – Günün STATİSTİKASI
14/06/2021
Cəbhəyə təkər aparan TİR-dan “Ekologiya postu”nda 100 manat alınıb? — FOTO
13/06/2021
Kəlbəcərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
12/06/2021
Gömrüklə bağlı daha bir qalmaqal: “Məndən əlavə ödəniş tələb olunur”
11/06/2021