> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4219 - dəfə oxunub

Təhsil Nazirliyi tələbələrin yekun dövlət attestasiyası ilə bağlı məlumat yayıb

Spread the love

Məlum olduğu kimi, ötən ildən başlayaraq Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, ali və orta ixtisas təhsili müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil edilib. Cari tədris ilinin payız semestrinin imtahan sessiyası onlayn şəkildə keçirilib.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda xüsusi karantin rejimi davam etdiyinə görə Təhsil Nazirliyinin təklifinə əsasən, Nazirlər Kabinetinin 5 iyun 2021-ci il tarixli 158 nömrəli qərarına uyğun olaraq ötən tədris ilində olduğu kimi, cari tədris ilində də orta ixtisas təhsili pilləsində (bütün ixtisaslar üzrə) və ali təhsil pilləsinin bakalavriat səviyyəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə) tələbələrin yekun dövlət attestasiyası üzrə biliyinin qiymətləndirilməsinin təhsil müddətində əldə etdikləri nəticələr (ÜOMG) əsasında aparılması məqsədəmüvafiq hesab edilib.

NK-nın müvafiq qərarına əsasən, orta ixtisas təhsili pilləsində bütün ixtisaslar üzrə, bakalavriat səviyyəsində isə xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG) uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunurlar. Bakalavriat səviyyəsinin xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları üzrə yekun dövlət attestasiyası, eləcə də magistratura səviyyəsində də bütün ixtisaslar üzrə yekun attestasiya məcburidir.

Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilir.

Orta ixtisas təhsili pilləsində və ali təhsilin bakalavriat səviyyəsində təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə üçün dövlət attestasiya sınaqları təşkil ediləcək.

Orta ixtisas təhsili müəssisələri və ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi qaydaları təhsil müəssisələri və AMEA (magistratura səviyyəsi üçün) tərəfindən müəyyən edilir.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Salyanda Kür çayında axtarılan 4 uşaq anası: “Məni axtarmayın, Bakıdayam”
20/06/2021
Nazirin vəzifə verdiyi xanım bu deputatın həyat yoldaşı imiş – FOTO
19/06/2021
Qarabağda tikilən aeroportlarla bağlı yeni qərar
19/06/2021
Taksidə qabaqda oturanlar cərimələndi – Video
18/06/2021
Arif Quliyevin məzar daşı qoyulmayıb – Ailəsinin imkanı yoxdur
18/06/2021
Nabranda baş verən yanğının söndürülməsinə helikopter cəlb olunub
18/06/2021
Qubada külək bəzi yaşayış məntəqələrini işıqsız qoydu
18/06/2021
Nabranda yanğın meşəlik əraziyə keçib – Foto+Yenilənib
17/06/2021
Komada qalan qazimiz şəhid oldu
16/06/2021
“Əhmədli” metrostansiyasında tüstülənmə olub
16/06/2021
İlham Əliyevlə Ərdoğan Natəvan, Bülbül və Üzeyirin heykəllərini ziyarət edib – Video
15/06/2021
Dələduzluqda ittiham edilən sabiq deputatın məhkəməsi keçiriləcək
15/06/2021
Daha 25 nəfər koronavirusa yoluxdu – Günün STATİSTİKASI
14/06/2021
Cəbhəyə təkər aparan TİR-dan “Ekologiya postu”nda 100 manat alınıb? — FOTO
13/06/2021
Kəlbəcərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
12/06/2021