> <
Təhsil naziri koronavirusdan vəfat edən müdirdən yazdı | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4220 - dəfə oxunub

Təhsil naziri koronavirusdan vəfat edən müdirdən yazdı

Spread the love

“Dəyərli həmkarım, peşəkar təhsil işçisi və dostum Namiq müəllimin vəfatı məni olduqca kədərləndirdi”.
Kivnews.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev koronavirusdan vəfat edən Təhsil İnstitutunun Metodiki Dəstək Mərkəzinin müdiri Namiq Nağıyevlə bağlı paylaşımında yazıb.

“Namiq müəllimi 2014-cü ildə ilk dəfə keçirilən direktor vəzifəsi üzrə işə qəbul imtahanında ən yüksək nəticə göstərmiş namizəd olaraq Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutuna işə dəvət etdik.

Qısa müddət ərzində peşəkarlığı, dürüstlüyü, şəxsi keyfiyyətləri sayəsində təhsil islahatlarına yönəlik layihələrin icrasında yaxından iştirak etməyə başladı.

Regionlarda şagirdlərin qiymətləndirilməsi, fənn olimpiadalarının keçirilməsi, məktəb monitorinqləri, müəllimlərin işə qəbulu imtahanlarında sualların tərtib edilməsi, ixtisasartırma təlimlərinin nəticələrinin qiymətləndirilməsi, liseylərə keçirilən qəbul imtahanları və s. sahələrdə əldə edilmiş uğurlarda Namiq müəllimin xidmətləri böyükdür.

Şamaxı rayonunda fəaliyyəti qısamüddətli olmasına baxmayaraq, müsbət təsirləri xüsusi qeyd edilməlidir. Sonuncu iclasımızda metodik xidmətin təkmilləşdirilməsinə dair müfəssəl layihə təqdim etmişdi. İndi bizimlə birlikdə olmasa da, bu ideyaların reallaşmasına nail olacağımıza inanıram.

Ailəsinə və yaxınlarına səbr diləyirəm”, – nazir bildirib.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
İlham Əliyev İranın yeni prezidentini təbrik etdi
19/06/2021
Şuşada 20 raket, 7 mindən çox patron tapıldı
19/06/2021
66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb – Foto
19/06/2021
“Sosial media saxta xəbərləri böyüdür” – Hikmət Hacıyev
18/06/2021
Aslan İsmayılov: “Əbülfəz Elçibəyə Etibar Məmmədov kimilərinin dil uzatması həyasızlıqdır”
18/06/2021
Prezidentlə xanımı Bakıda hotel açılışında – Fotolar + Video
18/06/2021
Nazilə Səfərli polisə çağırıldı
18/06/2021
Paşinyan yenə hiddətləndi – Xalq ondan üz döndərib
18/06/2021
Azərbaycanda Türkiyə hərbi bazası yaradılır? – Lavrovdan reaksiya
18/06/2021
Əhməd Əhmədova hökm oxundu – 11 il cəza
18/06/2021
Van Dammın azərbaycanlı qudası polkovnik imiş
18/06/2021
Emin Əmrullayev tələbələrə veriləcək kreditlərdən DANIŞDI
18/06/2021
Kəlbəcərdə göldə boğulan kapitanın axtarışları davam edir
18/06/2021
Nura Surinin oğlu qəzaya düşdü – Fotolar + Video
18/06/2021
İlham Əliyevdən hərbi çağırışla bağlı SƏRƏNCAM
17/06/2021