> <
TƏBİB Perinatal Mərkəzdə araşdırmaya başlayır – “Xəstələr satılır” iddiası | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4221 - dəfə oxunub

TƏBİB Perinatal Mərkəzdə araşdırmaya başlayır – “Xəstələr satılır” iddiası

Spread the love

Respublika Perinatal Mərkəzinin (RPM) baş həkimi vəzifələrini icra edən Məryəm Rzayevanın səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz işlər gördüyü iddia olunur.
Bu şikayətlə “Qafqazinfo”ya Mərkəzin həkim kollektivi müraciət edib.
Müraciətdə qeyd olunub ki, Məryəm Rzayeva RPM-də monopoliya yaradaraq, Mərkəzə müraciət edən xəstələri özüylə əlbir olan həkimlərə müəyyən faiz qarşılığında satır:

kontakt.az

Daha ətraflı

“Respublika Perinatal Mərkəzində qəbul şöbəsi yoxdur. Qanunla bu olmamalıdır. Bizim mərkəzə müraciət edən xəstələr qeydiyyat şöbəsi tərəfindən aidiyyəti üzrə növbədə olan həkimlərə yönləndirilməlidir. Ancaq Məryəm Rzayeva RPM-in sabiq baş həkimi Sevinc Məmmədovanın dönəmindən qalan qanunsuzluğu davam etdirir. Məsələ burasındadır ki, RPM-də qeyri-qanuni olaraq qəbul şöbəsi yaradılıb. Qanunsuz olaraq yaradılan qəbul şöbəsinə isə nəzarəti Yamən Sultanova edir. Sağlıq ocağına gələn xəstələr Yamən Sultanovanın əliylə monopoliyada yer alan həkimlərə ötürülür. Hamiləliyin müalicəsi ilə müraciət edənlər yalnız Hamiləliyin Patologiya Şöbəsinin müdiri Vəfa Babayevaya, doğuş üçün müraciət edənlər isə həkim Kifayət Əzimovaya müəyyən faiz qarşılığında satılır, ya da Yamən Sultanova onları öz adına yazır. Bu həkimlər növbədə olmayanda da, onlar evdən çağırılıb gətirilir. Xəstələrdən alınan ödənişlərdən də monopoliyanı quran, baş həkim vəzifələrini müvəqqəti icra edən Məryəm Rzayevaya haqq verilir”.

Həkimlər iddia edib ki, eyni problem ambulator poliklinka şöbəsində də davam edir:

“Həkimlərin işdə olmasına baxmayaraq, gələn xəstələrə “filan həkim işdə, şəhərdə deyil, o həkimi məsləhət görmürəm. Sizə daha yaxşı həkim verim” deyilərək, yenə hamilə qadınlar monopoliya quran həkimlərə yönləndirilir. Bir sözlə o şöbədə də alver davam edir. İş vaxtı 6 saatdır, amma Yamən Sultanova qeyri-qanuni olaraq 10 saat işdə qalır və öz qanunsuz əməllərini gerçəkləşdirir. Müəyyən pul qarşılığında Kifayət Əzimova üçün də məsul həkim vəzifəsi yaradılıb ki, bu da qanunsuzdur. Ümumiyyətlə, səhiyyə sahəsində “Məsul həkim” məfhumu yoxdur. Belə olan halda xəstələrin doğuşu, əməliyyatı birbaşa onun nəzarətinə keçib. 8 həkim növbədə gözlədiyi halda, Kifayət Əzimova ancaq özü əməliyyatlara girir. Sonda isə yığılan pullar Doğum şöbəsinin müdiri Zəhra Cabbarovada toplanır və daha sonra Məryəm Rzayevaya verilir”.

Həkimlərin sözlərinə görə, dəfələrlə məsələ ilə bağlı narazılıqlarını bildirsələr də, qəbul şöbəsinin qanunsuz olması ilə bağlı etiraz etsələr də, bu özbaşınalıq davam edib.

“Yamən Sultanova özünə haqq qazandırmaq üçün dəfələrlə kollektivin içində etiraf edib ki, o, qeyri-qanuni fəaliyyət göstərən qəbul şöbəsində əyləşmək üçün keçmiş baş həkim Sevinc Məmmədovaya 10 min manat pul verib. Son günlərdə dövlətimiz tərəfindən səhiyyə sahəsində baş verən özbaşınalıqlarla bağlı çox ciddi ölçü götürülür. Biz də şəffaflığın təmin olunması üçün bu müraciəti etmək qərarına gəldik”. – deyə RPM-in həkim kollektivi bildirib.

Qısa arayış olaraq bildirək ki, 2009-cu ildə istifadəyə verilən Respublika Perinatal Mərkəzinin bundan öncəki direktoru Sevinc Məmmədova olub. O, 2020-ci ilin mayında yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. Məryəm Rzayeva isə əvvəllər mərkəzdə Uşaq Reanimasiya Şöbəsinin müdiri, daha sonra isə direktor müavini olub. Sevinc Məmmədova işdən çıxarıldıqdan sonra, onun vəzifələrini Məryəm Rzayeva icra edib.

Mərkəz bu ilin aprelindən TƏBİB-in tabeliyinə keçdiyi üçün quruma sorğu göndərdik. TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib:

“Məsələ ilə bağlı sözügedən tibb müəssisəsində araşdırma aparılacaq. Eyni zamanda vətəndaşlardan xahiş edirik ki, neqativ hallarla bağlı sübutlar olduğu təqdirdə hüquq mühafizə orqanlarına müraciət etsinlər”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Çavuşoğludan Ermənistandakı seçkilərin bölgəyə təsiri ilə bağlı – Açıqlama
20/06/2021
Əli Nağıyev və Vilayət Eyvazov vəzifələrinin öhdəsindən yüksək peşəkarlıqla gəliblər — RƏYLƏR
20/06/2021
Müdafiə Nazirliyi mina xəritələri barədə məlumatlara aydınlıq gətirdi
20/06/2021
İranın yeni prezidenti kimdir? – İbrahim Rəisi Xameneyidən sonra ali dini lider ola bilər
19/06/2021
MEDİA ilə ADA Universitetinin təşkil etdiyi silsilə seminarlara üçüncü qrup media nümayəndələri qoşuldular — FOTOLAR
18/06/2021
İranda prezident seçkiləridir – Qutudan kim çıxacaq?
18/06/2021
DTX Ukraynada əməliyyat keçirdi – Video
18/06/2021
“Xarı Bülbül” hotelinin bağçasında bir fincan qəhvə… – FOTO
18/06/2021
Vətən müharibəsində şəhid olan tibb işçiləri – 9 həkim, 7 feldşer, 26 sanitar
17/06/2021
DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək
17/06/2021
Ərdoğan azərbaycanlı məcburi köçkünlərə çağırış etdi
16/06/2021
“Bütün dünya bilsin ki, Azərbaycanın yanında olacağıq”
16/06/2021
Rəsmi Bakı: “Prezidentlərin Şuşaya səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil”
16/06/2021
Ərdoğan: Qarabağ sahiblərinə qovuşdu və erməni zülmündən, işğalından azad edildi
15/06/2021
Cıdır düzündən möhtəşəm görüntülər – Video
15/06/2021