> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4238 - dəfə oxunub

Şuşaya getməyən ölkələrin regionda əsas iqtisadi tərəfdaşı Azərbaycandır – Deputat

Spread the love

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Şuşaya getməkdən imtina etməsi təəssüf doğursa da, bunun Azərbaycanın haqq işinə və eləcə də, işğaldan azad olunan torpaqlarımızın bərpa və quruculuq işlərinə hər hansı təsirləri olmayacaq.
KivNews.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, sözügedən ölkələrin bu məsələdə sərgilədikləri mövqelərinə rəğmən həmin dövlətlərin regionda əsas iqtisadi tərəfdaşı məhz Azərbaycandır:

“2019-cu ildə Azərbaycanın ABŞ, Fransa və Rusiya ilə ümumi ticarət dövriyyəsi 4 milyard 601 milyon dollar olub. Uyğun olaraq Rusiya ilə 3 milyard 22 milyon dollar, ABŞ ilə 791 milyon 884 min və Fransa ilə 787 milyon 366 min dollarlıq dövriyyə qeydə alınıb. WITS-in məlumatına görə, həmin il Ermənistanın sözügedən 3 ölkə ilə ümumi ticarət dövriyyəsi 2 milyard 209 milyon dollar olub. Düşmən ölkənin əsas xarici ticarət tərəfdaşı 2 milyard 209 milyon dollarlıq dövriyyə ilə Rusiyadır. Uyğun olaraq ABŞ ilə 183 milyon 93 min, Fransa ilə isə 91 milyon 666 min dollarlıq xarici ticarət dövriyyəsi qeydə alınıb”.

“Cənubi Qafqaz ölkələri ilə olan ticarət ABŞ, Fransa və müəyyən mənada Rusiyanın ümumi ticarət dövriyyəsində xüsusi paya malik olmasa da, bu göstəricilər ölkələrin regiondakı iqtisadi güclərini aydın şəkildə göstərir. Azərbaycan işğal altında olan torpaqlarını, o cümlədən Şuşa şəhərini Ali Baş Komandanın rəhbərliyi ilə güclü ordusu sayəsində azad etdi. Bəzi dövlətlərin hansı mövqelərdə olmasından asılı olmayaraq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri ölkəmizin iqtisadi gücü ilə yenidən qurulacaq və inkişaf edəcək. Bu yeni reallığın formalaşdırdığı həqiqətdir”, – deyə millət vəkili əlavə edib.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Ölkəyə külli miqdarda narkotik gətirmək istəyən sərhəd pozucuları saxlanılıb – FOTO
03/08/2021
Milli Məclis polisi döyən deputatla bağlı qərar verdi
02/08/2021
Vaqif Axundovun bacısı oğlu ev dustaqlığına buraxıldı
02/08/2021
Tağı Əhmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
02/08/2021
Penitensiar Xidmətdən Əlizamin Salayevlə bağlı açıqlama
02/08/2021
Nazir müavini yanğınla bağlı Türkiyəyə getdi
02/08/2021
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
02/08/2021
İlham Əliyev Xalq artistinə ev hədiyyə etdi
01/08/2021
Lalə Azərtaş bu çıxışı ilə Türkiyədə gündəm oldu – VİDEO
01/08/2021
Türkiyədə yanğınlarla bağlı son vəziyyət açıqlandı
01/08/2021
Flora Kərimova Prezidentə hərbi salam verdi – “Sizi sevirəm, oğul”
31/07/2021
Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU
31/07/2021
İlham Əliyevdən Flora Kərimovayla bağlı iki SƏRƏNCAM
31/07/2021
Nadir Şəfiyevin AzTV əməkdaşını şantaj edən oğluna 7 il həbs verildi
31/07/2021
Kəmaləddin Heydərov “Topçu Vüsal”a iş verdi – Bu nazir də işə dəvət edibmiş
31/07/2021