> <
Şuşaya atılan “İskəndər” yedəyində çoxlu suallar gətirib – TƏHLİL | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4232 - dəfə oxunub

Şuşaya atılan “İskəndər” yedəyində çoxlu suallar gətirib – TƏHLİL

Spread the love

İkinci Qarabağ müharibəsində “İskəndər” raketlərindən Azərbaycana qarşı istifadə edilməsi faktının ictimailəşməsi özü ilə bir sıra suallar da gətirdi.

ANAMA deyir ki, Şuşa ərazisində minatəmizləmə zamanı Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İskəndər-M” raketlərin qalıqları tapılıb.

Yayılan fotolardan görünür ki, atılan raket partlayıb və onun böyük hissələri əraziyə səpələnib.

İndi isə gəlin sualları təsnifatlaşdıraq. İlk olaraq elə “M” modifikasiyalı “İskəndər”in ora hansı ərazidən atılması sual doğurur. Axı, bu zamana qədər Ermənistanda ancaq “İskəndər-E” kompleksinin olduğundan bəhs edilirdi – ən azından açıq internet mənbələrində.

“İskəndər”in “E” variantı dağıdıcılıq gücünə və uçuş məsafəsinə görə “M”lərdən qat-qat aşağıdır. Birinci 280, ikinci isə 500 kilometrədək məsafə qət edə bilir. Bəzi mənbələrdə isə “İskəndər-M” kompleksinin raketlərinin 700 kilometrə qədər uçduğu yazılır.

Əgər Ermənistanda “M” tipli “İskəndər” yoxdursa, bəs o zaman Şuşaya o raket haradan atılıb? Rusiyadanmı? Əslində dəqiq cavab yoxdur. Yalnız məntiqi mühakimələr belə deyə bilər ki, o raket Rusiyanın Ermənistan ərazisindəki 102 saylı hərbi bazasından (Gümrüdə) buraxılıb. Hərçənd bu da versiyalardan sadəcə biridir.

İkinci sual: Raket bu qədər güclüdürsə, niyə hədəfə dəyməyib? İki versiya önə çıxır. Ya Azərbaycan hava hücumundan müdafiə qüvvələri raketi zərərsizləşdirib, ya da bu vaxtadək “İskəndər” haqqındakı təqdimatlar blef olub.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib ki, müharibədə “İskəndər” raketləri tətbiq olunmayıb.

Lakin qalıqların tapılması bu açıqlamanı şübhə altına qoyur.

Hərçənd ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan “nə ət, nə balıq” prinsipi ilə İrəvanın mövqeyini dilə gətirib. Onun açıqlamasında təkzib yoxdur, əksinə təsdiqə yaxın ifadələr var.

“Heç bir şey deyə bilmərəm, çünki bu məlumatın açıqlanması nəzərdə tutulmayıb”, – deyə A.Davtyan bildirib.

“İskəndər” təhlükəsi

Rusiya “İskəndər-M” operativ-taktiki raket komplekslərini Kalininqrada yerləşdirib. “İskəndər-M” raketlərinin Avropa Birliyinin şərq hissəsində – Kalininqrad ərazisində yerləşdirilməsi 10 ildən çoxdur ki, beynəlxalq hərbi çevrələrin əsas müzakirə predmetlərindən biridir. Rusiya bunu daimi əsaslarla edir, yoxsa müvəqqətidir – bu da müzakirə mövzusudur. Birinci varianta isə üstünlük vermək olar, çünki Rusiya daim Avropanı və NATO-nu qorxu altında saxlamaq üçün daimi yerləşdirməni önə çıxara bilər.

Moskvanın “İskəndər” taktikasını Rusiyanın NATO-nun sərhədlərinə qədər gəlib çıxması ilə əlaqələndirənlər də az deyil.

NATO isə bu cür silahları sabitliyə təhdid olaraq dəyərləndirir. Daha da qorxulusu odur ki, “İskəndər-M” raketləri nüvə başlıqları ilə təchiz oluna bilər.

İndi hər dəfə “İskəndər”in niyə bu qədər müzakirələr yaratdığını anlayırıqmı?

Qeyd edək ki, aprelin 2-də Bakıda Şuşaya atılan həmin raketin qalıqları nümayiş olunub. 

Aqşin Kərimov

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
İranın yeni prezidenti kimdir? – İbrahim Rəisi Xameneyidən sonra ali dini lider ola bilər
19/06/2021
MEDİA ilə ADA Universitetinin təşkil etdiyi silsilə seminarlara üçüncü qrup media nümayəndələri qoşuldular — FOTOLAR
18/06/2021
İranda prezident seçkiləridir – Qutudan kim çıxacaq?
18/06/2021
DTX Ukraynada əməliyyat keçirdi – Video
18/06/2021
“Xarı Bülbül” hotelinin bağçasında bir fincan qəhvə… – FOTO
18/06/2021
Vətən müharibəsində şəhid olan tibb işçiləri – 9 həkim, 7 feldşer, 26 sanitar
17/06/2021
DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək
17/06/2021
Ərdoğan azərbaycanlı məcburi köçkünlərə çağırış etdi
16/06/2021
“Bütün dünya bilsin ki, Azərbaycanın yanında olacağıq”
16/06/2021
Rəsmi Bakı: “Prezidentlərin Şuşaya səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil”
16/06/2021
Ərdoğan: Qarabağ sahiblərinə qovuşdu və erməni zülmündən, işğalından azad edildi
15/06/2021
Cıdır düzündən möhtəşəm görüntülər – Video
15/06/2021
Prezidentlərin çıxışlarının – Tam mətni + Yenilənib
15/06/2021
Prezidentlər Şuşada musiqili kompozisiya izlədi – Video + Fotolar
15/06/2021
Əliyev və Ərdoğan Şuşada – Video
15/06/2021