> <
“Şuşa və Laçın ətrafına terror hücumu ola bilər” – ŞOK xəbərdarlıq | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
42161 - dəfə oxunub

“Şuşa və Laçın ətrafına terror hücumu ola bilər” – ŞOK xəbərdarlıq

Spread the love

Ermənistanda parlament müxalifəti etiraz aksiyalarının yeni taktikasını açıqlayıb. Bu haqda “Müqavimət” hərəkatının koordinatorlarından biri, spikerin müavini İşxan Saqatelyan anons verib. Onun sözlərinə görə, müxalifətin vəzifəsi İrəvanı iflic etməkdir ki, bunun üçün də lazımi potensial var.
Müxalif siyasətçi qeyd edib ki, artıq hakimiyyətin istefası ilə bağlı ictimai tələb formalaşıb, yalnız qüvvələri səfərbər etmək qalır. Bundan başqa, İ.Saqatelyan açıq şəkildə bildirib ki, Paşinyanın Qarabağ, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə nizamlamaları ilə bağlı razılaşmaları ləğv olunacaq.

Sitat: “Beynəlxalq tərəfdaşlarımız bundan xəbər tutsunlar. Biz demirik ki, bu hakimiyyət kənarlaşdırılandan sonra biz Azərbaycana və Türkiyəyə müharibə elan edəcəyik, ya yox. Danışıqlar aparacağıq, amma ölkəmizin maraqlarını qoruyacaq öz gündəmimiz olacaq”.

Tanınmış rusiyalı politoloq Maksim Şevçenko isə Oxu.az-a deyib ki, razılaşmaların ləğv edilməsi çox yüksək ehtimalla mümkündür: “Ermənistan müxalifəti ilk növbədə Moskvada müəyyən nüfuzlu qüvvələrlə əlaqəli olan Qarabağ klanına arxalanır”. Şevçenkoya görə, Azərbaycan cəmiyyətinin Ukrayna ilə bağlı dəstək mövqeyindən Rusiyada erməni lobbisinin təsiri altında qüvvələr Bakıya qarşı istifadə edir: “Və bu müəyyən qüvvələr İrəvanda Paşinyanı devirmək və Qarabağ razılaşmalarından imtina etmək istəyən qüvvələrlə bağlıdır. Bu isə Azərbaycana təzyiq etmək üsullarından biridir”.

Politoloq deyib ki, Ermənistanda çevriliş, hakimiyyət dəyişikliyi ehtimalı olduqca yüksəkdir və bu qüvvələrin arxasında Moskva dayanır:

“Mən azərbaycanlılara bu məsələyə çox ciddi yanaşmağı təklif edirəm. Ancaq bunun açarlarını və köklərini Moskvada axtarın. Heç bir erməni müxalifəti yoxdur ki, təkbaşına hərəkət etsin. Onların hamısı Moskvada geosiyasi hibrid müharibəsi üzrə tapşırıqları həyata keçirən, Azərbaycana təzyiq göstərən müəyyən qüvvələrdən əmr və resurslar alır. Aydındır ki, heç bir müharibə tələb olunmayacaq. Amma təsəvvür edin ki, on terror qruplaşması yarana bilər ki, bunlar da Şuşaya – Azərbaycanın Laçının ətrafında çəkdiyi yola və s. hücumlar təşkil edə bilər. Bu, Ermənistan ordusu ilə toqquşmadan qat-qat təhlükəli olacaq”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
İlham Əliyev BP-nin baş icraçı direktorunu qəbul etdi
24/06/2022
ABŞ Senatı Rusiyanı terrorizmi himayə edən ölkələr siyahısına daxil etdi
24/06/2022
“Nüvə çamadanı” ilə bağlı ŞOK FAKTLAR: Çantadakı “qara kitab”…
23/06/2022
İlham Əliyev Özbəkistanın Ürgənc şəhərinə gedib
22/06/2022
Rossiya-1 Şuşadan reportaj hazırladı
20/06/2022
Ermənistanla sərhədi açmağa hazırıq, ancaq… – Hacıyev
17/06/2022
“Azərbaycan MDB-dən ayrılmalıdır” – Rusiyanın son təklifinə REAKSİYA
16/06/2022
İlham Əliyev Salome Zurabişvili ilə görüşdü
16/06/2022
Binəli Yıldırım Şuşadan Ermənistana çağırış etdi
15/06/2022
ABŞ diplomatı Bakıya nəyə gəlir?
11/06/2022
Lavrovdan Fərrux kəndi ilə bağlı açıqlama
09/06/2022
Ceyhun Bayramov: “Bu gün Avropa ölkələri müraciət edərək əlavə təbii qaz istəyirlər”
07/06/2022
Ermənistan yeni peyk icarəyə götürdü – Yerevanın hədəfi nədir?
07/06/2022
Paşinyan Rəisi ilə Brüssel görüşünü müzakirə etdi
02/06/2022
Prezident: “Azərbaycan bütün öhdəliklərini yerinə yetirən etibarlı ölkədir”
01/06/2022