> <
#dyp #yolpolisi| #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4225 - dəfə oxunub

“Sürücülük vəsiqəsi üçün 1000 manat, qeydiyyat nişanı üçün 350 manat tələb olunur”

Spread the love

“Son zamanlar Azərbaycanda korrupsiya hallarına qarşı dövlət səviyyəsində mübarizə xeyli gücləndirilib. Cənab Prezident bütün çıxışlarında bu məsələyə xüsusi toxunur və bu istiqamətdə görülən işləri diqqət mərkəzində saxlayır”.
Kivnews.com xəbər verir ki, bunu deputat Müşfiq Cəfərov Milli Məclisin növbədənkənar sessiyasında çıxışl zamanı deyib.

Onun sözlərinə görə, dövlət başçısı dəfələrlə korrupsiyada əli olan dövlət qulluqçularını tutduqları vəzifəsindən azad edib.

“Düzdür, korrupsiya problemi az və ya çox dərəcədə dünyanın bütün ölkələrində mövcuddur. Burada cəmiyətin mənəvi-psixoloji durumu da önəmli rol oynayır. Gərək, vətəndaşların özü bunda maraqlı olsun. Biz cəmiyyət olaraq bu sahədə maraqlı olmalıyıq. Bu mübarizə tək başına aparılarsa, nəticə qısamüddətli və az faydalı olar, əgər bu mübarizədə bir araya gələriksə, yumruq kimi birləşəriksə, bu bəladan uzunmüddətli qurtulmuş olarıq.

Korrupsiyaya qarşı mübarizədə şəffaflığın davamlı olması üçün bir tək ölkə başçısının deyil, cəmiyyətin bütün fərdləri mübarizə aparmalıdır.

Korrupsiyaya qarşı Mübarizə İdarəsində hər il xeyli sayda dövlət qulluğunda çalışan adamlara cinayət işi açılır. Milli Məclisdə Hesablama Palatası tərəfindən dövlət qurumlarında aparılan yoxlamaların nəticələri barədə məlumatlar verilir. Bunlar onu göstərir ki, dövlət korrupsiyaya qarşı ciddi mübarizə aparır. Ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalıdır. Bütün bunlara baxmayaraq yenə də bəzi idarə və təşkilatlarda rüşvətxorluq baş alıb gedir”, – deputat qeyd edib.

Deputat əlavə edib ki, biz Gəncə deputatlarını, vətəndaşların çox saylı müraciətləri və həddən çox artan narazılıqları narahat edir, ələlxüsusda son zamanlar Gəncə şəhərində yerləşən 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində baş verən özbaşnalıq:

“Şöbəyə yeni rəhbər təyin olunduğuna baxmayaraq təşkilatda özbaşınalıq, həddini aşma, heç bir qanuna tabe olmamaq halları pik həddə çatıb, sanki ölkə başçısı tərəfindən aparılan anti-korrupsiya tədbirlərinin bunlara aidiyyəti yoxdur. Qeyd edim ki, sürücülük vəsiqəsi üçün rüsumlar – 58 manat 40 qəpik məktəb qeydiyyatına, 20 manat 40 qəpik imtahana giriş və 25 manat 40 qəpik sürücülük vəsiqəsi üçün ümumilikdə 104 manat 20 qəpik olduğu təqdirdə vətəndaşlardan 1000 manat pul istənilir. Qeydiyyat nişanı üçün rüsumlar, 35 manat 40 qəpik, texniki baxış üçün rüsum 30 manat 40 qəpik ümumilikdə 65 manat 80 qəpik olduğu təqdirdə isə vətəndaşdan 350 manat pul tələb olunur. Mən təklif edirəm ki, bu qurumun bütün səlahiyyətləri ASAN Xidmət mərkəzlərinə verilsin. Beləlikdə şəffaflığa nail olunsun. Mən həmkarlarımı, bütün təşkilatları və vətəndaşları dövlətimizi nüfuzdan salan korrupsiyaya və rüşvətxorluğa qarşı yumruq kimi birləşərək mübarizəyə çağırıram”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Yeni təyin olunan nazir müavini kimdir? – DOSYE
15/06/2021
Mehriban Əliyevadan bayram təbriki – FOTO
15/06/2021
Ərdoğanın Şuşa səfərinin proqramı AÇIQLANDI
15/06/2021
Elmir Vəlizadə vəzifəsindən azad edildi
15/06/2021
Prezidentdən Qurtuluş Günü ilə bağlı paylaşım – Foto
15/06/2021
Azərbaycanda Milli Qurtuluş Günüdür
15/06/2021
Ərdoğan Baydenlə görüşü dəyərləndirdi
14/06/2021
Əhməd İsmayılov “Media haqqında” qanunun əsas məqsədini açıqladı
14/06/2021
Şərhi ilə gündəm olan İlqar Mikayıloğludan AÇIQLAMA
14/06/2021
Prezident Füzuli aeroportunda – Fotolar
14/06/2021
Cəbrayıl şəhidi Ziyadxan Əliyevin bulağının açılışı oldu-FOTO
14/06/2021
“Ermənistan Azərbaycana saxta mina xəritəsi versə…“ – Polkovnikdən açıqlama
14/06/2021
Prezidentlə xanımı Füzulidə – Yenilənib
14/06/2021
Polad Həşimovun qızı da məzun oldu
14/06/2021
İlham Əliyevdən şəhid jurnalistlərlə bağlı SƏRƏNCAM
14/06/2021