> <
Sürücülərin DİQQƏTİNƏ: Bu dayanacaqda saxlasanız CƏRİMƏLƏNƏ bilərsiniz – VİDEO | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
42115 - dəfə oxunub

Sürücülərin DİQQƏTİNƏ: Bu dayanacaqda saxlasanız CƏRİMƏLƏNƏ bilərsiniz – VİDEO

Spread the love

Dayanacaq nişanı olsa da, burada sərnişinlərə görə saxlayan avtobuslara cərimələr yazılır. M4 yolunun "Sulutəpə dairəsi"ndən üzü Xocahəsən qəsəbəsi istiqamətində gedən hissəsindəki dairədən sonrakı dayanacaqda sürücülər sərnişin düşürüb-mindirə bilmirlər.Buna səbəb təhlükəsiz şəhər kamerası vasitəsilə onlara cərimə yazılmasıdır. Halbuki ərazidə 5.12 nişanı var.

Həmin dayanacaqdan keçən 102, 259, 157, 158 və 551 saylı avtobuslara indiyə qədər 1100 manat məbləğində cərimə yazılıb. Bu vəziyyətdə sürücülər orada saxlamadıqları üçün sərnişinlərlə mübahisə etməli olurlar.

KivNews.com xezerxeber-ə istinadən xəbər verir ki, cərimələr ardıcıl olaraq yazıldığına görə, artıq həmin marşrut xətlərinə sözügedən dayanacaqda saxlamamaq tapşırılıb. Bu vəziyyətdə isə sürücülər sərnişinlərlə üz-üzə qalırlar.

Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edildiyi də deyilir. Ancaq hələlik nə yazılan cərimələri silən var, nə də problemi həll edən.

Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən ərazidə 5.12, yəni avtobuslar üçün nəzərdə tutulan dayanacaq yerini bildirən nişan quraşdırılıb. Buna görə də, həmin ərazi 102, 259, 157 və 158 saylı müntəzəm marşrut xətlərinin dayanacaq məntəqəsi kimi tanınır və təsdiqlənib. Avtobuslar həmin nişandan 1 metr geridə, 15 metr isə irəlidə saxlayıb sərnişin düşürüb-mindirə bilərlər.

Baş Dövlət Yol Polisi İdarəsindən isə qeyd edildi ki, həmin şəxslər məsələ ilə bağlı idarəyə müraciət etsinlər. Onların müraciətinə baxılacaq və problemlərinin həlli istiqamətində qanunvericilik çərçivəsində addımlar atılacaq.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Məktəblilər valideynləri ilə birgə polisə çağırıldı
04/10/2022
“Bakı Metropoliteni”: “Yeni stansiyada sınaq işləri aparılır”
03/10/2022
Sabahın havası açıqlandı
28/09/2022
Azərbaycana iki çamadan “iPhone” keçirmək istəyən şəxs Gömrükdə saxlanıldı – FOTOLAR
26/09/2022
Kəndə qaz çəkib sayğacı 282 manata satırlar – Göyçaydan ŞİKAYƏT
26/09/2022
Külək Bakıda ağacı aşırıb
25/09/2022
DYP sürücülərə xəbərdarlıq etdi
24/09/2022
Sosial yardımlar bu tarixdə ödəniləcək
23/09/2022
Sabah yağışlı hava olacaq – PROQNOZ
23/09/2022
İranda instaqram və vatsap bloklandı
23/09/2022
Qusarda valideynlər övladlarını məktəbə göndərməkdən niyə imtina etdilər? – VİDEO
22/09/2022
Hərbi texnikamızın üzərinə yazılan hərflərin mənası nədir? – Foto
21/09/2022
Sabahın havası açıqlandı
20/09/2022
Əfqanıstanda PUBG oyunu qadağan olundu
20/09/2022
Sabahın havası AÇIQLANDI
19/09/2022