> <
Suraxanıda Ağsaqqallar Şurasının konfransı keçirildi – Fotolar | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4226 - dəfə oxunub

Suraxanıda Ağsaqqallar Şurasının konfransı keçirildi – Fotolar

Spread the love

İyunun 4-də Suraxanı Rayon İcra Hakimiyyətində Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov, Milli Məclisin deputatı Afət xanım Həsənova, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, rayon ağsaqqalları iştirak edib.

İlk öncə Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin və hesabat dövrü ərzində vəfat etmiş rayon ağsaqqallarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş nitqi ilə açan RİH başçısı Əziz Əzizov Vətən müharibəsində Şəhid olmuş övladlarımıza Allahdan rəhmət diləyərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda bu gün böyük coşqu ilə bərpa-quruculuq və abadlıq işlərinin başlanıldığını, doğma torpaqlarımızın yenidən dirçəldiyini bildirib. Həmçinin, rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan bəhs edərək qeyd etib ki, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqalların tövsiyəsi və məsləhəti xüsusi əhəmiyyət kəsb edir.

Respublika Ağsaqqallar Şurası sədrinin müavini Eldar İbrahimov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların rolundan söhbət açıb.

Konfransda gündəlikdəki məsələlər müzakirə olunmuş Ağsaqqallar Şurasının yeni əsasnaməsi qəbul edilib, idarə heyətinin və təftiş komissiyasının üzvləri seçilib. Keçirilmiş səsverməyə əsasən Suraxanı rayon Ağsaqqallar Şurasının sədri Babayev Arif Eyvaz oğlu seçilib.

Milli Məclisin deputatı Afət Həsənova, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək Vətən müharibəsindəki qələbənin qazanılmasında ağsaqqallarımızın mənəvi dəstəyinin, öyüd-nəsihətlərinin rolundan danışaraq, yeni seçilən heyətə gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.

 





Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Nabranda yanğın meşəlik əraziyə keçib – Foto+Yenilənib
17/06/2021
Komada qalan qazimiz şəhid oldu
16/06/2021
“Əhmədli” metrostansiyasında tüstülənmə olub
16/06/2021
İlham Əliyevlə Ərdoğan Natəvan, Bülbül və Üzeyirin heykəllərini ziyarət edib – Video
15/06/2021
Dələduzluqda ittiham edilən sabiq deputatın məhkəməsi keçiriləcək
15/06/2021
Daha 25 nəfər koronavirusa yoluxdu – Günün STATİSTİKASI
14/06/2021
Cəbhəyə təkər aparan TİR-dan “Ekologiya postu”nda 100 manat alınıb? — FOTO
13/06/2021
Kəlbəcərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
12/06/2021
Gömrüklə bağlı daha bir qalmaqal: “Məndən əlavə ödəniş tələb olunur”
11/06/2021
Füzulinin Gecəgözlü kəndindən görüntülər – VİDEO
11/06/2021
Vətən müharibəsinin qazi həkimi döyüşlərdə iştirakından DANIŞDI – FOTO
11/06/2021
Bu gün Azərbaycanda döyüşən livanlı terrorçuya hökm oxunacaq
11/06/2021
Polad Həşimov parkının açılacağı vaxt məlum oldu – ÖZƏL + FOTO
11/06/2021
Zəngilanın Məmmədbəyli kəndindən görüntülər – Video
10/06/2021
Vaksinin ikinci dozasını 56 günə qədər vurdurmaq olar – Səhiyyə Nazirliyi
10/06/2021