> <
Suraxanıda Əfqanıstan Veteranları üçün ayrılmış ərazidə yol problemi həll olunur -FOTO | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4228 - dəfə oxunub

Suraxanıda Əfqanıstan Veteranları üçün ayrılmış ərazidə yol problemi həll olunur -FOTO

Spread the love

Uzun illərdir Əmircan-Hövsan yolunun sağ tərəfində Bahar yaşayış sahəsinin qarşı hissəsində yerləşən, Əfqanıstan Veteranları üçün ayrılmış ərazidə salınan yaşayış sahəsinin sakinləri yolsuzluqdan əziyyət çəkirdilər.

Nəqliyyatın maneəsiz hərəkətinin tənzimlənməsi, əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə sözügedən yaşayış sahəsində Azərbaycan Avtomobil Yollları Dövlət Agentliyi tərəfindən 9000 kv.m asfalt örtüyü salınmışdır. Həmçinin, orada yaşayan sakinlərin dəstəyi ilə kanalizasiya xətləri çəkilmişdir. Hazırda işlərin davamı olaraq Agentlik tərəfindən 9500 kv.m asfaltlanma işləri aparılır.

Qeyd edək ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov yerində baxış zamanı sakinlərlə görüşərək görülən işlərin mövcud vəziyyəti ilə maraqlanmış və aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.

Rayonun digər qəsəbələrində də ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.

Kivnews.com

 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Əliyevlə Ərdoğan Daşaltı və Şuşanı seyr edir
15/06/2021
Azərbaycanda ilk dəfə beşəm dünyaya gəldi – FOTOLAR
13/06/2021
Bazar günü Bakıda 30 dərəcə isti olacaq
12/06/2021
Dünyada koronavirusa yoluxanların sayı 176 milyonu keçdi
12/06/2021
Heydər Əliyev prospektində baş vermiş qəza tıxaca səbəb oldu – FOTO
11/06/2021
Rayonlara yağış yağacaq
11/06/2021
“Son hədd” adlı etüd Avrasiya Film Festivalında…
10/06/2021
Britaniya MN mina təhlükəsi ilə bağlı Azərbaycanda araşdırma aparıb – FOTO
10/06/2021
Kəramət Böyükçöl yenə məhkəməyə çağırıldı – Həbs oluna bilər
10/06/2021
25 qazi yüksək texnologiyalı protezlə təmin edildi
10/06/2021
Sabaha olan hava proqnozu açıqlandı
09/06/2021
Azərbaycanda zəlzələ oldu
09/06/2021
Medianın İnkişafı Agentliyi müsabiqə elan etdi
08/06/2021
Yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ
07/06/2021
İyunun 8-dən bu məhdudiyyətlər aradan qaldırılacaq
07/06/2021