> <
Suraxanı rayonunda şəhid və qazi övladlarının iştirakı ilə bayram keçirildi – İcra başçısı Əziz Əzizov fidan balalara hədiyyələr təqdim etdi-FOTO | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4242 - dəfə oxunub

Suraxanı rayonunda şəhid və qazi övladlarının iştirakı ilə bayram keçirildi – İcra başçısı Əziz Əzizov fidan balalara hədiyyələr təqdim etdi-FOTO

Spread the love

Uşaqlar bizim gələcəyimizdir, ölkəmizin gələcəyi olan bu fidan balaların müdafiəsinə hamılıqla qoşulmaq hər birimizin borcudur.
1 İyun 2021-ci il tarixdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Şəhid və qazi övladlarının iştirakı ilə əyləncəli tədbir keçirilib. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Suraxanı Rayon Prokuroru Rəşid Mahmudov, RİHBA-nın şöbə müdirləri və əməkdaşları, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak edib.

RİH başçısı Əziz Əzizov çıxış edərək bütün balaları təbrik etmiş və qeyd etmişdir ki, çox sevindirici haldır ki, bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz tərəfindən Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Və bu qalibiyyətin qazanılmasında bütün şəhidlərimizə və sağlamlıqlarını itirən qazilərimizə borclu olduğumuzu bir daha diqqətə çatdıran RİH başçısı onların bizə əmanət qoyduqları övladlarının savadlı və vətənpərvər böyümələri üçün dövlətimiz tərəfindən hər cür şəraitin yaradıldığını və bundan sonra da onların hərtərəfli qayğı ilə əhatə olunacağını bildirmişdir.
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub.
Kivnews.com
Ülvin Əsədov

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Vətən müharibəsində şəhid olan tibb işçiləri – 9 həkim, 7 feldşer, 26 sanitar
17/06/2021
DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək
17/06/2021
Ərdoğan azərbaycanlı məcburi köçkünlərə çağırış etdi
16/06/2021
“Bütün dünya bilsin ki, Azərbaycanın yanında olacağıq”
16/06/2021
Rəsmi Bakı: “Prezidentlərin Şuşaya səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil”
16/06/2021
Ərdoğan: Qarabağ sahiblərinə qovuşdu və erməni zülmündən, işğalından azad edildi
15/06/2021
Cıdır düzündən möhtəşəm görüntülər – Video
15/06/2021
Prezidentlərin çıxışlarının – Tam mətni + Yenilənib
15/06/2021
Prezidentlər Şuşada musiqili kompozisiya izlədi – Video + Fotolar
15/06/2021
Əliyev və Ərdoğan Şuşada – Video
15/06/2021
İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı – Fotolar
15/06/2021
Ərdoğan Qarabağa yollanır: Cocuq Mərcanlıya səfər, “Şuşa bəyanatı”… – VİDEO
15/06/2021
Ərdoğanla Baydenin görüşü başa çatdı – Yenilənib+Fotolar
14/06/2021
Dörd nəfərin ölümünə səbəb olan Elşad klub prezidenti imiş… – Fotolar
14/06/2021
AVRO-2020: Çexiya Şotlandiyaya qalib gəlir – YENİLƏNİR
14/06/2021