> <
“Space”də etiraz: “Vaqif Mustafayevin əmlakı satılsın, maaşlar ödənilsin!” | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4217 - dəfə oxunub

“Space”də etiraz: “Vaqif Mustafayevin əmlakı satılsın, maaşlar ödənilsin!”

Spread the love

“Space” telekanalının ətrafında gedən söz-söhbətlər səngimək bilmir. Ən əsası beş gün öz vəzifəsini icra edən Ülviyyə Mikayılovanın qəflətən istefa verməsi isə elə bil bu oda bir az da benzin səpdi. Ondan sonra diqqətlər televiziyanın yaradıcılıq böhranına deyil, maliyyə məsələlərinə yönəldi.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, işçilərin bir çoxu kanaldan aylarla maaşlarını ala bilmədikləri üçün ümumiyyətlə işə gəlib, öz səlahiyyətlərini yerinə yetirmir.

Bu barədə onlara irad bildirdikdə isə “Nə vaxt maaş olar, onda gələrik” deyə cavab verirlər. Kanalın əməkdaşlarının bir qismi isə sentyabra qədər maaşlarının bütöv ödənilməsini gözləyib, kanalı tərk edəcəklərini bildirirlər.

Mənbə bildirir ki, işçilərə maaşlar 2-3 aydan bir ödənilir. Belə ki, dekabr ayında iyunun maaşını alanlar yanvar, fevral və mart ayında məvacib almayıb. Daha sonra aprel ayında maaş alarkən işçilərə keçən ilin avqust ayı üçün əməkhaqqı ödənilib. Hazırda işçilərə ödənilən son məvacibin avqust ayı üçün nəzərdə tutulduğunu hesablasaq, kanalın əməkdaşları doqquz aylıq əldə edə bilmədikləri pullarını gözləyirlər. Mənbənin sözlərinə görə, zamanında maaş ala bilməyən əməkdaşlar bu vəziyyətə etiraz etdikdə, V.Mustafayev tərəfindən dərhal kanaldan uzaqlaşdırılırdı.

Mənbənin verdiyi məlumata görə, heç nəyə baxmayaraq, bəzi sadiq işçilər kanalda proseslərin yaxşılığa doğru dəyişəcəyinə ümid edir.

Kanalın bəzi işçiləri isə maaşlarını kanalın keçmiş rəhbəri Vaqif Mustafayevdən və proqram departamentinin direktoru olmuş Tamara Məmmədovadan tələb edir. Mənbə bildirir ki, kollektiv arasında “Vaqif müəllimin sağ əli” kimi tanınan “Toma” ləqəbli bu xanım son zamanlar kanalın bütün müqəddəratını həll edirdi.

Ağzı “süddən yanan”, aylarla maaş üzünə həsrət qalan kollektiv isə bu şəxslərdən halal zəhmətlərini, haqlarını tələb edir:

“Vaqif Mustafayev “Space”in pulları ilə özünə nə qədər evlər, obyektlər aldı. “Toma”sına da nə qədər ev, obyekt alıb. Burada bir yol var bu əmlaklar onlardan müsadirə edilib, satışa çıxarılmalıdır ki, biz əməkhaqlarımızı alaq və kanal borc bataqlığından qurtulsun. Yoxsa bunun başqa yolu yoxdur”, – deyə əməkdaşlar etiraz edirlər.

Xatırladaq ki, 2006-cı ildən kanalın rəhbəri olmuş Vaqif Mustafayev 2021-ci il fevralın 5-də vəzifəsindən azad edilib.

Onu kanalda müvəqqəti olaraq, Kamil Şahverdiyev əvəz edib. Daha sonra isə may ayının 5-də rəsmi olaraq bu vəzifəyə Ülviyyə Mikayılova təyinat alıb. Lakin beş gündən sonra o, qəfildən ərizə yazaraq istefa verib. Buna səbəb kimi isə kanalın borcunun həddən artıq çox olması göstərilib. Hazırda kanalı, yenə müvəqqəti olaraq, Kamil Şahverdiyev idarə edir.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
İlham Əliyevdən hərbi çağırışla bağlı SƏRƏNCAM
17/06/2021
Ərdoğan Qarabağ zəfəri barədə: “Dünyaya verəcəyi faydanın dəyəri zaman ötdükcə daha yaxşı anlaşılacaq”
17/06/2021
Acun da futbolu Bakıda izləyib – Fotolar
17/06/2021
Laçında iki hərbi qulluqçumuz həlak oldu – Rəsmi
16/06/2021
İlham Əliyev Zirvə toplantısında çıxış etdi
16/06/2021
“Bərabər yeni bir Qarabağ quracağıq”
16/06/2021
Yeraltı və yerüstü keçidlərdə maska taxmaq məcburidir – DİN-dən açıqlama
16/06/2021
Vilayət Eyvazov məşhur DYP rəisini İŞDƏN ÇIXARDI
16/06/2021
“Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir”-Petrosyan
16/06/2021
İbrahim İbrahimli vəfat etdi
16/06/2021
Şuşa bəyannamə yeni dirilişin müjdəsidir!
15/06/2021
Prezident: Erməni ordusu tam məhv edildi!
15/06/2021
“Əziz qardaşıma Füzulinin dağılmış mənzərəsini göstərdim”
15/06/2021
Prezidentlə xanımı “Anadolu”nun obyektivində – Fotolar
15/06/2021
Səlcuq Bayraktar: “Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik”
15/06/2021