> <
Sevgilisini amansızlıqla qətlə yetirən gənc: “Pərvinin ağzını, burnunu, boğazını əlimlə tutub sıxdım” | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4234 - dəfə oxunub

Sevgilisini amansızlıqla qətlə yetirən gənc: “Pərvinin ağzını, burnunu, boğazını əlimlə tutub sıxdım”

Spread the love

Gəncə şəhərində bir ay itkin kimi axtarışda olduqdan sonra meyiti tapılan 19 yaşlı Pərvin Musayevanın hansı səbəbdən qətlə yetirildiyi məlum olub.
“Qafqazinfo”nun məlumatına görə, tələbə yoldaşı 20 yaşlı Sərdar Cəfərovla sevgili olan Pərvinin onunla münasibətləri fevral ayından pisləşməyə başlayıb.
Fevralın 19-da cütlük sonuncu dəfə görüşüb. Sərdarın maşınında söhbət edərkən Pərvin ona ayrılmaq istədiyini deyib, oğlan isə yenidən barışmaq üçün israr edib. İlkin məlumata görə, Pərvin ondan əl çəkməsi üçün oğlana yalan deyərək başqa birini sevdiyini bildirib.

Sərdar Cəfərov istintaqa ifadəsində deyib ki, keçmiş sevgilisinin bu sözləri ona pis təsir edib və onun başqa sevgilisi olduğu barədə sözləri eşitmək istəməyib:

“Onun bu sözlərini eşitməmək üçün Pərvinin ağzını, burnunu, boğazını əlimlə tutub sıxdım, qışqıraraq “Kəs səsini, sus, danışma” deyirdim. Onu öldürmək fikrim yox idi. Sonra gördüm ki, huşunu itirdi. Bir müddət sonra öldüyünü bildim və nə edəcəyimi bilmirdim”.

Bundan sonra Sərdar sevgilisinin meyitini maşınında qoyaraq marketə gedib və oradan 10 ədəd “skoç” alıb. Yenidən maşına qayıdaraq qızın bütün bədənini “skoç”la bağlayıb. Daha sonra onu avtomobilində “Avtozavod” qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə apararaq oraya atıb.

Pərvin Musayevanın axtarışda olduğu bir ay ərzində Sərdar Cəfərov dəfələrlə dindirilsə də, həmin görüşdən sonra qızın çıxıb getdiyini və daha sonra məlumat almadığını deyirmiş. Polisin onu dindirdiyi sonuncu ifadə zamanı isə sevgilisini öldürdüyünü etiraf etməli olub.

Qeyd edək ki, Pərvinlə Sərdar tələbə olublar. Hər iki tələbə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. S. Cəfərov Mühdəndislik fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisası, Pərvin Musayeva isə Aqronomluq fakültəsinin Subioehtiyatları və Akvabitkilər ixtisası üzrə ikinci kurs tələbələri olublar. Onlar ali məktəbə hazırlaşmaq üçün eyni hazırlıq kursuna gediblər.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sərdar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Kiçik qardaş özündən 10 yaş böyük qardaşını ürəyindən bıçaqlayıb – Bakıdakı qətlin təfərrüatı
16/06/2021
Bakıda kişi özünü dənizə atdı
16/06/2021
100 minlik qol saatları oğurlayan şəxs tutuldu – FOTO
10/06/2021
Narkotacir “Mail Naxçıvanski”nin qətlinin təfərrüatı – VİDEO
09/06/2021
Yasamalda 11 yaşlı uşağı avtomobil vurub, vəziyyəti ağırdır
09/06/2021
Bakıda maşından 100 minlik qol saatı oğurlandı
08/06/2021
Vəkil Abdullayevin anası: “Oğlumu qətlə yetirənə ən ağır cəza tələb edirəm”
05/06/2021
Əxlaqsız qızını tualetdə tutan atadan dəhşətli əməl
03/06/2021
Şəmkir polisi silahlı şəxslərə qarşı əməliyyat keçirdi
31/05/2021
Aeroport yolunda ağır qəza – 2 ölü, 6 yaralı+Foto
24/05/2021
15 yaşlı qız faciəli şəkildə öldü
23/05/2021
Suraxanıda narkotiktacirlər dəstəsi saxlanılıb
22/05/2021
Lotu Quli Türkiyəyə necə qayıdıb? – Nazir ilk dəfə danışdı
20/05/2021
Rasim Məmmədovun bacanağı intihar etdi
18/05/2021
Apellyasiya Məhkəməsinin azadlığa buraxdığı “avtoş” sürücü ağır qəza törətdi – VİDEO
09/05/2021