> <
“Satıcı işlədiyim zamanlar şou-biznesdən tanışları görəndə utanırdım” | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4234 - dəfə oxunub

“Satıcı işlədiyim zamanlar şou-biznesdən tanışları görəndə utanırdım”

Spread the love

Teleaparıcı Lətafət Ələkbərova uğursuz ailə həyatından sonra çətin günlər yaşadığını, mağazada satıcı işlədiyini dilə gətirib.
O, bu barədə ARB kanalında yayımlanan “Onun sirri” verilişində danışıb.
Həyatında çətin dönəm yaşadığını, heç yerdə işə qəbul edilmədiyini deyən aparıcı həmin vəziyyətdən necə çıxdığını belə xatırlayıb:
“Qızım bir yaşında idi. Çox çətinlik çəkirdim, hətta uşağa qida ala bilmirdim. Susuz, işıqsız qalırdıq. O dövrdə banklara da borcum var idi. Ailəm mənə cüzi dəstək ola bilirdi. Amma heç vaxt ətrafa özümü yazıq kimi göstərmirdim. Avtomobilim var idi, onu satıb borclarımı qaytardım.

Ticarət mərkəzlərinin birində kirayə mağaza götürüb alt geyimləri satmağa başladım. Bir ticarət obyektindən mal alıb həmin mağazada satırdım. Hər gün uşağı da qucağıma götürüb mağazaya gəlirdim, satıcıya nəzarət edirdim, çünki mən olmasaydım, iş getmirdi. Orada şou-biznesdən olan tanış şəxslər var idi. Onları görəndə utanırdım. Çünki mən ulduz olmuşdum, böyük layihələrim olmuşdu. O layihələrdən sonra uğursuz ailə həyatımın ardınca böyük bir eniş yaşadım. Amma müştəri gələn kimi ona biganə qala bilmirdim. Çünki o malı mütləq satmalı idim ki, evə pulsuz qayıtmayım…”

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Nura oğlundan yazdı – Röya yaxın bildiklərimdən doğmalıq etdi
19/06/2021
Nazilə Səfərli polisə çağırıldı
18/06/2021
Sevda ilə Miri Yusifin rəsmi hesabları oğurlandı
17/06/2021
Namiq Qaraçuxurlu Rusiyada koronavirusa yoluxdu – Xəstəxanaya yerləşdirildi
13/06/2021
Xaricdə evi olan azərbaycanlı məşhurlar – SİYAHI
09/06/2021
Aqşin Fateh gerçəkləşməyən sevgisindən danışdı: “O xanım sənətini atmaq istəyəcək biri deyildi” – VİDEO
09/06/2021
Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olundu
09/06/2021
Mustafa Cecelinin konserti ilə bağlı DİN-dən AÇIQLAMA – VİDEO
07/06/2021
Toy deyil, Mustafa Cecelinin Bakı konsertidir… – Video
07/06/2021
Restoranda qayda pozan türkiyəli məşhurlar cərimələndi – Fotolar
03/06/2021
Mətanət İsgəndərli: “Elə bilirdim sağalmayacam”
02/06/2021
Buzova narkotik çəkib səhnəyə çıxdı – Video
01/06/2021
“Dubayda gəlinlik seçəndə Rza ayrılıq mesajı yazdı”
31/05/2021
Sərdar Ortaç Bakıda – VİDEO
29/05/2021
“Xarıbülbül” ödül töreni gecesi baş tutacak
27/05/2021