> <
Sabirabadda yanmış “meyit”i tapılan biznesmen Bakıda sağ ələ keçdi – YENİLƏNİB – TƏFƏRRÜAT | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
42173 - dəfə oxunub

Sabirabadda yanmış “meyit”i tapılan biznesmen Bakıda sağ ələ keçdi – YENİLƏNİB – TƏFƏRRÜAT

Spread the love

Sabirabadda “ölən”, sonra Bakıda yaxalanan dələduz biznesmen Rafət Qəniyev yandırdığı avtomobilinin içinə heyvan və qəbiristanlıqdan tapdığı insan sümükləri yığıbmış. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

“Qohum-qardaş yas tutub. İl mərasiminə hazırlaşırlarmış. Hamı onun avtomobildə yandığına inanmışdı. Adam dələduz olub. Borcları qaytarmamaq üçün ölümünü simulyasiya edib. Avtomobilinə heyvan və qəbiristanlıqdan tapdığı insan sümüklərini yığaraq yandırıb. Ancaq dünən onu polis Bakıda tutub”, – deyə E.Hacıyev sosial şəbəkədə qeyd edib.

11:06

Daxili İşlər Nazirliyi Sabirabad rayonunun Ətcələr kəndi ərazisində rayonun Sarvan kənd sakini Rafət Qəniyevin avtomobildə yanaraq ölməsi barədə məlumatın saxta olduğunu müəyyənləşdirib.

Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 2021-ci il noyabrın 25-də Sabirabad rayonunun Ətcələr kəndi ərazisində Sarvan kənd sakini Rafət Qəniyevə məxsus KİA markalı avtomobilinin yanması və onun tam yanmış meyitinin tapılması ilə əlaqədar əməliyyat və istintaq tədbirləri aparılıb.

R.Qəniyevin direktoru olduğu “Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunub.

R.Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Məktəbdə şagird sinif yoldaşını döyüb videoya çəkdi –DİN-dən açıqlama
04/10/2022
Lənkəranda axundu məscidin həyətində bıçaqladılar
29/09/2022
Aeroportda faciəvi şəkildə ölən şəxs şöbə rəisinin oğlu imiş
27/09/2022
Yasamalda 40 nəfər narkotik dövriyyəsilə bağlı saxlanıldı – FOTO
24/09/2022
DİN-dən tanınmış aparıcıya hücumla bağlı AÇIQLAMA YENİLƏNDİ (VİDEO)
23/09/2022
Sumqayıtda zavodda bədbəxt hadisə – Ölən var
23/09/2022
Bakıda bahalı “Range Rover”lə ağır qəza törədən görün kimdir – FOTO
21/09/2022
Bakıda FACİƏ: 18 yaşlı qız binadan düşdü – FOTO
20/09/2022
Bakıda 1 yaşlı körpənin müəmmalı ölümü ilə bağlı dəhşətli faktlar – YENİLƏNDİ
12/09/2022
Masallıda ana və iki övladının öldüyü yanğının TƏFƏRRÜATI
07/09/2022
2 yaşlı körpə binanın 3-cü mərtəbəsindən yıxılaraq ÖLDÜ
06/09/2022
İstanbulda öldürülən azərbaycanlı kriminal avtoritetin – Fotosu
04/09/2022
Azərbaycanda dəhşətli qəza: Polis FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ – VİDEO
04/09/2022
Salyanda gecələr evlərə girərək insanları dəmirlə döyən şəxs saxlanıldı – Görün kimdir? RƏSMİ (FOTO)
29/08/2022
Bakıda 29 yaşlı qadın doğuşdan sonra öldü – FOTO
26/08/2022