> <
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkum ƏFV EDİLDİ | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4239 - dəfə oxunub

Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkum ƏFV EDİLDİ

Spread the love

Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı mərhum Aslan Aslanovun oğlunu öldürməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin cəzası 25 ilə endirilib.

Onun cəzası bu gün Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə yüngülləşdirilib. 

2003-cü ildə həbs edilən V.Əliyevin cəzası 7 il sonra, 2028-ci ildə başa çatacaq.

Vüqar Əliyev 2003-cü ildə nişanlısı Lamiyə Quliyeva ilə birlikdə Aslan Aslanovun oğlu Ruslan Aslanovun öldürülməsində təqsirli bilinib. Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan L.Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.

15 yaşında qətl törədən Lamiyə Quliyevanın 2014-cü ildə 4 saylı cəzaçəkmə müəssisəsində övladı dünyaya gəlib. Təcrid olunmuş və rəsmi nikahı olmayan L.Quliyevanın türmədə dünyaya gətirdiyi uşağının atasının kimliyi ilə bağlı müəmma bu məsələyə diqqəti daha çox çəkib. Bununla başlanan ictimai müzakirələr sonda L.Quliyevanın azadlığa buraxılması ilə yekunlaşıb.

L.Quliyeva 2015-ci ilin fevral ayında Baş Prokurorluğun verdiyi protestlə azadlığa buraxılıb.

Qeyd edək ki, Aslan Aslanov 2018-ci il avqustun 23-də vəfat edib.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Yeni təyin olunan nazir müavini kimdir? – DOSYE
15/06/2021
Mehriban Əliyevadan bayram təbriki – FOTO
15/06/2021
Ərdoğanın Şuşa səfərinin proqramı AÇIQLANDI
15/06/2021
Elmir Vəlizadə vəzifəsindən azad edildi
15/06/2021
Prezidentdən Qurtuluş Günü ilə bağlı paylaşım – Foto
15/06/2021
Azərbaycanda Milli Qurtuluş Günüdür
15/06/2021
Ərdoğan Baydenlə görüşü dəyərləndirdi
14/06/2021
Əhməd İsmayılov “Media haqqında” qanunun əsas məqsədini açıqladı
14/06/2021
Şərhi ilə gündəm olan İlqar Mikayıloğludan AÇIQLAMA
14/06/2021
Prezident Füzuli aeroportunda – Fotolar
14/06/2021
Cəbrayıl şəhidi Ziyadxan Əliyevin bulağının açılışı oldu-FOTO
14/06/2021
“Ermənistan Azərbaycana saxta mina xəritəsi versə…“ – Polkovnikdən açıqlama
14/06/2021
Prezidentlə xanımı Füzulidə – Yenilənib
14/06/2021
Polad Həşimovun qızı da məzun oldu
14/06/2021
İlham Əliyevdən şəhid jurnalistlərlə bağlı SƏRƏNCAM
14/06/2021