> <
Sabiq deputat Nəriman Əliyev yaşıllığın qəsdinə durub – FAKT- FOTO+VİDEO | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
42446 - dəfə oxunub

Sabiq deputat Nəriman Əliyev yaşıllığın qəsdinə durub – FAKT- FOTO+VİDEO

Spread the love

Vaxtilə Eldar Mahmudovun himayəsi altında biznes fəaliyyəti qurmuş eks deputat Nəriman Əliyev dövlət qanunlarına zidd olaraq heç kəsdən çəkinmədən kimlərəsə arxalanmaqla zəbt etdiyi ərazilərdə həm də ağacları kəsir.
KivNews.com-un redaksiyasına Nəriman Əliyevin işçilərindən Abutalıb Ağayevin verdiyi məlumata görə Nəriman Əliyev hələ deputat olduğu dövrdə belə ciddi biznes fəaliyyəti ilə məşğul olub. MTN şefi Eldar Mahmudovun bizneslərini idarə etməklə həm də özü üçün müəyyən imtiyazlar əldə edib. Belə ki, eks nazir Eldar Mahmudovun dəstəyi və himayəsi ilə qurduğu “Ştutqart” ehtiyat hissələri mağazalarının mərkəzi anbarı kimi istifadə etdiyi Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, köhnə MTN-nin hazırki DTX-nin akademiyasının yaxınlığındakı 50 sot boş ərazini zəbt etməklə oranı hasarlayıb və öz adına rəsmiləşdiribdir. Həmin ərazilərdə hələ sovet dövründə ekologiyanın sağlamlaşdırılması məqsədilə əkilmiş sağlam ağacaları kəsməklə yerində 4000 kvadartlıq üç mərtəbəli anbar və 700 kvadratlıq ofis tikmişdir. Yerdə qalan ərazidə qalan əlavə 37 ağacı kəsməklə isə yeni anbar tikintisi üçün hazırlamışdır. Çoxlu sayda ağacların kəsilməsinin böyük cinayət olduğunu bildiyi halda bu işin necə olacağını ona sorğulayan yaxınlarına isə bildirmişdir ki, hazırki ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev onunla deputat həmkarı olmuş və eyni zamanda hazırda da möhkəm dostdur. Ona görə də ona heç kəs heçnə edə bilməz və özü şəxsən Nazir müavini Firdovsi Əliyev ilə danışdığını ondan icazəsini almaqla bu işi görür. Maraqlıdır ki, sıravi insanlar bir ağac kəsməklə külli miqdarda cərimə edildiyi halda eks deputat doğurdanmı nazirdən icazə almaqla çoxlu sayda ağacları kəsib yerində anbar tikmək istəyir?!
Redaksiyamıza məlumat verən Nəriman Əliyevin köhnə işçisi həm də ərazinin köhnə və təzə kadrlardan ibarət video və foto görüntülərinin də onda olduğunu bildirərək bir neçə foto və video faktı bizə təqdim etmişdir. Onu da siz oxucularla bölüşürük.
Məsələni diqqətdə saxlayacaq və araşdırmamızı davam etdirəcəyik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

SAMSUNG CAMERA PICTURES

SAMSUNG CAMERA PICTURES

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
“Deputat dam qırlayan deyil!!” – YAP-çı deputatla müxalif partiya funksioneri arasında GƏRGİNLİK – VİDEO
07/06/2023
Azərbaycan-İtaliya hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
07/06/2023
Zakir Həsənov ABŞ müdafiə katibinin müavini ilə telefonla danışıb, hərbi əməkdaşlıq müzakirə olunub
02/06/2023
Zemfira Meftahətdinova vəzifəsindən azad edildi – FOTO
30/05/2023
Azərbaycan və İsrail prezidentlərinin geniş tərkibdə görüşü başladı
30/05/2023
Gizli danışıqlar: 2020-nin 9 noyabr gecəsi Naxçıvanda rus helikopterinin vurulması… – Tonoyandan ŞOK
29/05/2023
Tbilisidəki teleqüllə və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO
29/05/2023
Mehriban Əliyeva Türkiyə Prezidentini və xanımını təbrik etdi
28/05/2023
Ərdoğan xalqa müraciət etdi – Video
28/05/2023
Azərbaycanın Müstəqillik Günü…
28/05/2023
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
27/05/2023
Prezident Kəlbəcərə getdi – Fotolar+Video+Yenilənib
27/05/2023
Zəngilanda tutulan erməni diversantların adları açıqlandı – Rəsmi
27/05/2023
Məşhur azərbaycanlı Pakistanı məhv olmaqda belə xilas edib – TARİX
27/05/2023
Azərbaycanın nailiyyətləri bizi qürurlandırır – Fuad Oqtay
27/05/2023