> <
Sabiq bələdiyyə sədrinin bacısı qazini işə düzəltmək adı ilə dələduzluq edib | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4265 - dəfə oxunub

Sabiq bələdiyyə sədrinin bacısı qazini işə düzəltmək adı ilə dələduzluq edib

Spread the love

Külli miqdarda dələduzluqda ittiham olunan Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrlik etdiyi iclasda zərərçəkmiş Tural Təhməzli ifadə verib.
Zərərçəkmiş İlknur Turkuta işə düzəlmək məqsədi ilə müraciət etdiyini, bunun müqabilində isə ittiham olunan şəxsin işə düzəldəcəyi vədi ilə ondan 2 min manat pul aldığını deyib.
Tural Təhməzli məhkəmədə Vətən müharibəsi iştirakçısı olduğunu bildirib.
Hakim Rasim Sadıxov təqsirləndirilən şəxsdən zərərçəkmişə dəymiş ziyanı qısa müddətdə ödənilməsini istəyib:
“Digər zərərçəkmişləri başa düşdük ki, dəymiş ziyanın məbləği çoxdur. Bu zərərçəkmişdə isə cəmi 2 min manat puldur, özü də müharibə iştirakçısıdır”.

İttiham olunan şəxs Tural Təhməzliyə dəymiş ziyanı ödəyəcəyinə söz verib.

Proses avqustun 23-də davam etdiriləcək.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva (Turkut) ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilirlər.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Azərbaycan daha 17 erməni hərbçini təhvil verdi – Siyahı+Yenilənib
04/10/2022
ABŞ mətbuatı Azərbaycan Prezidentinin Laçın şəhərinə səfərindən yazıb
04/10/2022
Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməli qoyuldu
04/10/2022
Türkiyə-Azərbaycan xüsusi təyinatlılarının birgə təlimi başladı – FOTO
04/10/2022
Xıdırlı kəndinin təməli qoyuldu
04/10/2022
Bakıda şagirdin bullinqə məruz qaldığı məktəbə valideynlər axın etdilər – YENİLƏNİB + VİDEO
04/10/2022
Putinin qatarı yola düşdü: İçindəkilələrlə bağlı iddia avropanı təşvişə saldı
04/10/2022
AMEA-da kütləvi İXTİSAR: İşçilərin böyük hissəsi işdən çıxarıldı
04/10/2022
Məşhur general vəzifəsindən azad edildi – Yeni Təyinatlar
04/10/2022
Ərdoğan Paşinyanla bu məsələləri müzakirə edəcək
04/10/2022
Rəsmi Bakıdan Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına SƏRT REAKSİYA
04/10/2022
“Respublikanski”də ana və yeni doğulmuş körpəsi öldü
04/10/2022
Azərbaycan Fransa hökumətindən təzminat tələb edir
03/10/2022
Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlandı – Yenilənib
03/10/2022
Səfir: “İki həftə ərzində Ərdoğanın Azərbaycana səfəri gözlənilir”
03/10/2022