> <
Sabah yağış yağacaq | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4224 - dəfə oxunub

Sabah yağış yağacaq

Spread the love

Mayın 2-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim şimal küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 11-15 dərəcə, gündüz 17-19 dərəcə isti, Bakıda gecə 12-14 dərəcə, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 75-85 faiz olacaq.

Mayın 2-si gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 2-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Mayın 2-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, əsasən şimal və qərb rayonlarında dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacaq.

Mayın 3-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Əliyevlə Ərdoğan Daşaltı və Şuşanı seyr edir
15/06/2021
Azərbaycanda ilk dəfə beşəm dünyaya gəldi – FOTOLAR
13/06/2021
Bazar günü Bakıda 30 dərəcə isti olacaq
12/06/2021
Dünyada koronavirusa yoluxanların sayı 176 milyonu keçdi
12/06/2021
Heydər Əliyev prospektində baş vermiş qəza tıxaca səbəb oldu – FOTO
11/06/2021
Rayonlara yağış yağacaq
11/06/2021
“Son hədd” adlı etüd Avrasiya Film Festivalında…
10/06/2021
Britaniya MN mina təhlükəsi ilə bağlı Azərbaycanda araşdırma aparıb – FOTO
10/06/2021
Kəramət Böyükçöl yenə məhkəməyə çağırıldı – Həbs oluna bilər
10/06/2021
25 qazi yüksək texnologiyalı protezlə təmin edildi
10/06/2021
Sabaha olan hava proqnozu açıqlandı
09/06/2021
Azərbaycanda zəlzələ oldu
09/06/2021
Medianın İnkişafı Agentliyi müsabiqə elan etdi
08/06/2021
Yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ
07/06/2021
İyunun 8-dən bu məhdudiyyətlər aradan qaldırılacaq
07/06/2021