> <
Saatlı icra başçısı etiraz edən sakinlərlə görüşdü | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4223 - dəfə oxunub

Saatlı icra başçısı etiraz edən sakinlərlə görüşdü

Spread the love

Bu gün bir qrup Saatlı rayon sakini İcra Hakimiyyətinin qarşısına toplaşaraq aksiya keçirib.
Sakinlər bəzi kəndlərdə 3 aya yaxındır suyun olmaması, pay torpaqlarının mənimsənilməsi, əlillik təyinatlarının ləğv edilməsi və digər məsələlərlə bağlı şikayət ediblər. Şikayətçilər sözügedən problemlərə görə icra başçısı və onun müavininin heç kimi qəbul etmədiyini deyir.

“Qafqazinfo” olaraq məsələylə bağlı İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Gündüz Səmədliylə əlaqə saxladıq. O, sorğumuza cavab olaraq bildirib ki, icra başçısı etiraz edən bir qrup sakinlə bu gün görüşüb: “Biz aidiyyəti üzrə səlahiyyətimizə daxil olan məsələləri özümüz həll edəcəyik. Bizə aid olmayan məsələlərlə bağlı isə aidiyyatı üzrə müraciət edəcəyik. İcra hakimiyyətində hər həftənin 3-cü günü vətəndaşların rəsmi qəbulu keçirilir. Sadəcə pandemiyaya görə vətəndaşların qəbuluna məhdudiyyətlər qoyulub. Ona görə də əsasən qəbullar onlayn formada təşkil olunur.

Bu gün etiraz edən sakinlər sadəcə ajiotaj yaratmaq istəyirlər. Onlara bildirdik ki, gəlin qəbula keçin, başçı sizi qəbul edəcək. Ancaq onlar narahatlıq yaratmaq istəyirlər. Bununla yanaşı onların hər biri fərdi qaydada qəbul edildi və razı halda qəbuldan getdilər.

Bizə müxtəlif müraciətlər edirlər. Su məsələsiylə bağlı deyə bilərəm ki, rayona su daxil olduqda daşıyıcı kanallar vasitəsilə kəndlərə daşınır. Hazırda susuzluqla bağlı problem yoxdur. Pensiya, işsizliklə bağlı müraciətlərini çatdırdılar. Eləsi var ki, uzun illər əvvəl dövlətin ona verdiyi pay torpağını satıb. İndi isə deyir ki, mənim pay torpağım qaytarılsın. Torpaq xüsusi mülkiyyətdir, ona biz nə edə bilərik ki? Əgər alqı-satqıda problem yaranıbsa məhkəməyə müraciət etmək lazımdır”.

Qeyd edək ki, Saatlı rayonunun icra başçısı Elmir Bağırovdur.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Azərbaycanda ilk dəfə beşəm dünyaya gəldi – FOTOLAR
13/06/2021
Bazar günü Bakıda 30 dərəcə isti olacaq
12/06/2021
Dünyada koronavirusa yoluxanların sayı 176 milyonu keçdi
12/06/2021
Heydər Əliyev prospektində baş vermiş qəza tıxaca səbəb oldu – FOTO
11/06/2021
Rayonlara yağış yağacaq
11/06/2021
“Son hədd” adlı etüd Avrasiya Film Festivalında…
10/06/2021
Britaniya MN mina təhlükəsi ilə bağlı Azərbaycanda araşdırma aparıb – FOTO
10/06/2021
Kəramət Böyükçöl yenə məhkəməyə çağırıldı – Həbs oluna bilər
10/06/2021
25 qazi yüksək texnologiyalı protezlə təmin edildi
10/06/2021
Sabaha olan hava proqnozu açıqlandı
09/06/2021
Azərbaycanda zəlzələ oldu
09/06/2021
Medianın İnkişafı Agentliyi müsabiqə elan etdi
08/06/2021
Yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ
07/06/2021
İyunun 8-dən bu məhdudiyyətlər aradan qaldırılacaq
07/06/2021
Azərbaycanda gənci sel apardı
07/06/2021