> <
Sərxoş sürücünün maşınından 6 kq narkotik çıxdı | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4290 - dəfə oxunub

Sərxoş sürücünün maşınından 6 kq narkotik çıxdı

Spread the love

Lənkəran şəhəri ərazisində hərəkətdə olan “Mersedes-Benz” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Bakı şəhər sakini olan sürücü Rövşən Acalovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyinə, üzərində və nəqliyyat vasitəsində narkotik vasitə daşıdığına şübhələr yarandığından həmin şəxsin müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

R.Acalovun psixotrop maddənin sərxoşluğu vəziyyətində olduğu müəyyən edilib.

Şəxsi axtarış zamanı isə onun üzərindən narkotik vasitə marixuana və elektron tərəzi aşkarlanıb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq R.Acalovun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsindəki gizli saxlanc yerindən 1 kiloqramdan artıq heroin və 5 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, o narkotik vasitələri xaricdəki narkotacir vasitəsilə əldə edib və satışını təşkil etmək üçün paytaxt ərazisinə aparmalı imiş.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Məktəbdə şagird sinif yoldaşını döyüb videoya çəkdi –DİN-dən açıqlama
04/10/2022
Lənkəranda axundu məscidin həyətində bıçaqladılar
29/09/2022
Aeroportda faciəvi şəkildə ölən şəxs şöbə rəisinin oğlu imiş
27/09/2022
Yasamalda 40 nəfər narkotik dövriyyəsilə bağlı saxlanıldı – FOTO
24/09/2022
DİN-dən tanınmış aparıcıya hücumla bağlı AÇIQLAMA YENİLƏNDİ (VİDEO)
23/09/2022
Sumqayıtda zavodda bədbəxt hadisə – Ölən var
23/09/2022
Bakıda bahalı “Range Rover”lə ağır qəza törədən görün kimdir – FOTO
21/09/2022
Bakıda FACİƏ: 18 yaşlı qız binadan düşdü – FOTO
20/09/2022
Bakıda 1 yaşlı körpənin müəmmalı ölümü ilə bağlı dəhşətli faktlar – YENİLƏNDİ
12/09/2022
Masallıda ana və iki övladının öldüyü yanğının TƏFƏRRÜATI
07/09/2022
2 yaşlı körpə binanın 3-cü mərtəbəsindən yıxılaraq ÖLDÜ
06/09/2022
İstanbulda öldürülən azərbaycanlı kriminal avtoritetin – Fotosu
04/09/2022
Azərbaycanda dəhşətli qəza: Polis FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ – VİDEO
04/09/2022
Salyanda gecələr evlərə girərək insanları dəmirlə döyən şəxs saxlanıldı – Görün kimdir? RƏSMİ (FOTO)
29/08/2022
Bakıda 29 yaşlı qadın doğuşdan sonra öldü – FOTO
26/08/2022