> <
Sərt karantin tətbiq edilsə, bu şəxslərə güzəşt oluna bilər | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4231 - dəfə oxunub

Sərt karantin tətbiq edilsə, bu şəxslərə güzəşt oluna bilər

Spread the love

COVİD-19 infeksiyasına qalib gəlməyin yeganə yolu kütləvi şəkildə əhalimizin peyvəndlənməsindən keçir. Bir ildir ki, bütün dünyada olduğu kimi biz də pandemiyadan əziyyət çəkirik. Çox təəssüf ki, gündəlik bu infeksiyaya yoluxanların və ölənlərin sayı artmaqdadır. ÜST COVİD-19 infeksiyasına qarşı həm ölkədə effektiv mübarizə tədbirlərin aparılamsına görə, həm də beynəlxalq təşəbbüslərə qoşularaq verdiyi töhfələrinə görə Azərbaycanı dünya ölkələri üçün nümunəvi olduğunu dəfələrlə qeyd edib.

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, dünyanın bütün ölkələri nə pandemiyaya qarşı effektiv mübarizə apara bilir, nə də koronavirusa qarşı peyvəndlərdən yararlana bilir:

“Bu gün ölkəmizdə aktiv peyvəndlənmə aparılır. Pandemiyaya qalib gəlməyin yeganə yolu peyvəndləmə olduğundan ölkəmiz peyvəndlənməyə başlayan ilklərin sırasındadır. Hər bir vətəndaşımız da başa düşməlidir ki, hamılıqla, kütləvi şəkildə peyvəndlənməyə getməliyik. Heç də sirr deyil ki, çoxlu ölklərin vətəndaşları gözləyirlər ki, peyvəndlər gətirsinlər və qəbul etsinlər.

Çox təəssüf ki, peyvənd vurulmasına tərəddüdlə baxanlar da var. Belə insanlar başa düşməlidirlər ki, peyvənlənmənin alternativi yoxdur. Bir müddətdən sonra dünyada gediş-gəliş üçün də ölkələr peyvəndləyən insanlar üçün sərbəst ola bilər. Həm də sərt karantin rejimi tətbiq ediləcəyi halda peyvəndlənmiş şəxslər SMS icazələrindən azad oluna bilərlər. Çünki, peyvəndlənmiş insanın yoluxma riski çox aşağıdır və hətta yoluxma baş verərsə belə çox yüngül şəkildə keçirirlər. Əgər biz adi normal həyata qayıtmaq istəyiriksə mütləq şəkildə hamımız vaksinasiya olunmalıyıq”.(trend)

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Ərdoğan azərbaycanlı məcburi köçkünlərə çağırış etdi
16/06/2021
“Bütün dünya bilsin ki, Azərbaycanın yanında olacağıq”
16/06/2021
Rəsmi Bakı: “Prezidentlərin Şuşaya səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil”
16/06/2021
Ərdoğan: Qarabağ sahiblərinə qovuşdu və erməni zülmündən, işğalından azad edildi
15/06/2021
Cıdır düzündən möhtəşəm görüntülər – Video
15/06/2021
Prezidentlərin çıxışlarının – Tam mətni + Yenilənib
15/06/2021
Prezidentlər Şuşada musiqili kompozisiya izlədi – Video + Fotolar
15/06/2021
Əliyev və Ərdoğan Şuşada – Video
15/06/2021
İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı – Fotolar
15/06/2021
Ərdoğan Qarabağa yollanır: Cocuq Mərcanlıya səfər, “Şuşa bəyanatı”… – VİDEO
15/06/2021
Ərdoğanla Baydenin görüşü başa çatdı – Yenilənib+Fotolar
14/06/2021
Dörd nəfərin ölümünə səbəb olan Elşad klub prezidenti imiş… – Fotolar
14/06/2021
AVRO-2020: Çexiya Şotlandiyaya qalib gəlir – YENİLƏNİR
14/06/2021
Prezident Şuşa yolundakı tunelin təməlini qoydu
14/06/2021
Qarabağda döyüşmüş livanlı muzdlu terrorçuya 20 il hökm oxundu
14/06/2021