> <
Şəmkirdə ölən iş adamı ilə bağlı iddialara – DİN-dən cavab | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4252 - dəfə oxunub

Şəmkirdə ölən iş adamı ilə bağlı iddialara – DİN-dən cavab

Spread the love

Şəmkir rayonunda iş adamı Arzu Cabbarovun ölümü ilə bağlı müxtəlif iddialar səsləndirilib. Belə ki, mərhumun ailəsi Arzu Cabbarovun polis tərəfindən təşkil edilmiş ssenariyə uyğun saxlanıldığını və Şəmkir Rayon Polis Şöbəsində döyülməsi nəticəsində öldüyünü iddia ediblər. 

İddialarla bağlı "Qafqazinfo"nun sorğusunu DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev cavablandırıb.

O bildirib ki, bütün iddialar əsassızdır, böhtan xarakterlidir.

“Bu iddiaların kökündə o dayanır ki, ailə üzvləri A.Cabbarovun ölümünün təşkil olunmasını bildirməklə, Yeganə Yusifovanın evində olması, həmin qadının polisə döyülməsi və təhqir olunması barədə şikayətinin mahiyyətini dəyişdirmək istəyir.

Çünki ailə istəyir ki, Şəmkir rayonunda mərhum barədə yayılan qeyri-etik məzmunlu faktları ört-basdır etsin, ölümün səbəbkarı kimi Şəmkir RPŞ əməkdaşlarını göstərsin. Ancaq bu uydurma iddialar həqiqətin üstündən xətt çəkmək gücündə deyil, istintaqda əsaslı sübutlar var.

Y.Yusifovanın evində baş verən münaqişədə qapı şüşəsinin sınmasından xəsarət alan şəxsin həmin gecə qadın tərəfindən hansı məqsədlə evə çağırılması faktı, eləcə də, mərhumun “Viagra” dərmanından istifadə etməsi bütün suallara cavabdır”.

DİN rəsmisi vurğulayıb ki, Y.Yusifovanın ona təzyiq olunması və cinayət işi açılmasını ilə bağlı iddialarına gəlincə, onun dələduzluq əməlləri ilə bağlı 5-dən artıq epizod üzrə cinayət faktı var və istintaq gedir:

"Bütün iddialar faktsız olmaqla subyektiv mülahizələrə əsaslanır və digər xüsusatlar da istintaqla araşdırılır".

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
“Heydər Əliyev ona atalıq qayğısı göstərirdi”
17/08/2022
Mehriban Əliyevadan Müslüm Maqomayevlə bağlı paylaşım
17/08/2022
Ölümündən 9 gün əvvəl doğum gününü qeyd edən Firəngiz Rəhimbəyova – Fotolar
17/08/2022
Xocalı qatili erməni general öldü
13/08/2022
Ölkə başçısı Azərbaycan Televiziyasına müsahibə verdi
12/08/2022
Bakcell qazi və şəhid övladları üçün kurslar təşkil edib
12/08/2022
Mehriban Əliyeva yeni video PAYLAŞDI
12/08/2022
Sosial şəbəkələrdən istifadə edən hərbçilər ordudan uzaqlaşdırıldı
12/08/2022
“Hərbi sirlə bağlı təkliflər hazırlanıb”
10/08/2022
Xalq artisti erməninin şərlədiyi qazidən yazdı
10/08/2022
“Tofiq Şahmuradov həmin statusu 5 dəqiqə sonra silib”
09/08/2022
Dağ yəhudiləri icmasının sədri Londonda Azərbaycan səfirliyinə hücumu pisləyib
08/08/2022
Əməkdar artistə ağır itki
08/08/2022
Baş nazirdən sərəncam: Azad edilmiş ərazilərdə yeni İşçi Qrupu yaradıldı
06/08/2022
Şəhid Tahir Əliyev Ağstafada dəfn edildi – Fotolar + Yenilənib
06/08/2022