> <
Şəhid xanımının bu paylaşımı hamını təsirləndirdi… | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4294 - dəfə oxunub

Şəhid xanımının bu paylaşımı hamını təsirləndirdi…

Spread the love

Vətən Müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənovanın tikinti mağazasından aldığı alətlər üçün ödədiyi pulu satıcı geri qaytararaq paketin içinə "yoldaşınız pulu ödəyib, qızım" qeydini qoyub.
Kivnews.com-un verdiyi xəbərə görə, bu barədə Ə.Həsənova sosial şəbəkədə paylaşım edib.
Şəhidin həyat yoldaşının qeydlərini təqdim edirik:

“Farizimin yeri hər yerdə qəlbimi sarsıda-sarsıda görünür. Bu gün evdə bəzi görülməsi lazım olan işlər var idi. Bunun üçün də lazım olan avadanlığı almaq üçün xırdavat mağazasına getməli oldum. Ora da ən çox kişilər gedir axı, qadınlar iki halda gedir ora, ya yoldaşı ilə nə isə seçmək üçün gedir, yada mənim kimi çarəsiz halda, evin kişisi də, qadını da mənəm deyib, məcbur olur kişi işlərini görmək üçün lazım olan əşyaları gedib alsın. Nəysə, getdim mağazaya, qapını açdım içəri daxil oldum. İçəridə bir yaşlı qadın var idi, yoldaşı ilə işıqlara baxırdılar, seçirdilər, qalanları kişilər idi. Hərə bir ustayla gəlib, siyahı gətirib, nə lazımdı deyirlər satıcıya oda təşkil edir. Satıcı da 60 yaşlarında ağsaqqal bir dayı idi, yanında da köməkçisi 18-20 yaş aralığında bir oğlan uşağı idi. Nəysə, növbə mənə çatdı, "buyur, qızım nə lazımdı?" deyə satıcı dayı məndən soruşdu.

"Dayı, mənə evdə iş görmək üçün bəzi alətlər lazımdı" dedim və davam elədim, "çəkic, silikon kley tapançası ilə, kəlbətin, mismar və s…" deyə lazım olanları dedim. Dayı onları yığdıqca üzümə baxırdı diqqətlə nəsə məyus bir formada, ödənişin nə qədər edəcəyini soruşdum, məbləği dedi, pulu ödəyəndən sonra dayı mənə dedi "qızım, olar sənə bir sual verim? " dedim “buyur, dayı”.

"Bunları nə üçün alırsan, mismarın ölçüsü olur, silikon kley verdim sənə, amma nə yapışdırmaq üçün lazımdı? Yəqin evdə yoldaşın iş görür, o bilər mismarın ölçüsünü, yəni ona görə deyirəmki, səhv olmasın, əziyyət çəkib geri qaytarma birdə…zəng vur soruş, məndə bilim sənə nə verirəm, qızım" deyə dayı məni vadar edirdi ki, zəng vurum bu dünyada olmayan yoldaşıma. Nə edim, necə deyim ona ki, mənim yoldaşım bu dünyada deyil, ağsaqqal, evin kişisi də qadını da özüməm, yoxsa mən nə gəzirdim burda..?

Qürurum imkan vermədi ki, ona deyim yoldaşım yoxdu, Şəhid olub, bütün öhdəlikləri mənim çiyinlərimə buraxıb, bütün işi özüm görürəm.

Yalandan telefonu qulağıma tutdum, guya ki, zəng edib soruşuram. Yaxşı ki, mismarın ölçüsünü o anda yadıma sala bildim. Dayı sən demə hiss edibmiş, tanıyıbmış məni, amma biruzə vermirmiş.

Xülasə, bu dünyada olmayan Farizimlə yalançı danışığımı bitirdim, dedim "dayı, 50-lik mismar lazımdı, kley də aboyun qıraqlarını yapışdırmaq üçün". Dayı başa düşdüyünü işarə edib gedib dediyimə uyğun gətirdi lazım olanları. Çıxanda gördüm dayı nəsə bir telefonuna baxır, bir mənə, ağsaqqalın gözləri dolub, dedi "bala bir dəqiqə gözlə", gözlədim, nəsə özünü pis hiss etdiyini hiss elədim.

“Yaxşısız, dayı?” deyə sual verdim, "yaxşıyam narahat olma, qızım" dedi. Əlini atdı kassaya, ödədiyim pulu geri qaytardı mənə, "bu nə deməkdir, dayı? Niyə qaytardız mənə pulu?" deyə sual verdim. "O pul ödənilib, qızım" deyə cavab verdi, anlamadım mən də, düşündümki, yəqin kimsəsiz olduğumu hiss edib, pis olub. Pulu özünə qaytardım ki, "yox, dayı, çox sağolun, özüm ölməmişəmki, kimsə ödəsin", düzü pisimə gəldi biraz. Dayı pulu götürdü, amma heçnə demədi, üzümə baxmaq istəmirdi nədənsə. Mən də pis oldum, öz-özümə qəhər məni boğdu ki, Allahım, mənim kimsəsizliyim bu qədərmi bəlli olur? Axı mən büruzə verməməyə çalışıram. Birdən dayı başladı söhbətə ki "bala, bir şey deyim sənə, mən səndən mismarın ölçüsünü qəsdən soruşdum ki, görüm necə deyəcəksən? Telefonu yalandan qulağına tutdun, özün-özünlə danışırdın, hiss elədim bunu. Səni mən tanıyıram, qızım, səni görmüşəm çəkilişlərdə. Bayaq telefonumu ona görə götürdüm ki, birdə baxım ki, görüm həmin çəkilişdəki qızsanmı, yoxsa oxşatmışammı? Həmin qız imişsən, Şəhid Farizin yoldaşı. Sən təkliyini hiss etdirmək istəmədin, qızım. Sənə sözüm yoxdu…" deyə gözləri dolmuş halda başını aşağı saldı.

Bu sözlər mənə bir ox kimi dəydi, elə pis oldum ki, ağlamayacam dedim. Nə fayda, onda gördüm ki, göz yaşlarım hicabımı isladıb artıq. Necə pis olmuşamsa, göz yaşlarım məndən qeyri-ixtiyarsız öz bəndini qırıb. Üzümü çevirib gözlərimi sildim, ağladığımı görməsin. Sağollaşıb mağazadan uzaqlaşdım, gəldim evə. Xeyli də evdə ağlamışam, çöldə ürəyimi boşalda bilmədiyimə görə divarlardı mənim sirdaşım. Dərdimi onlara danışıb ağlayıram, bir az özümə gəldim, salafanı açdım ki, işimə başlayım. Və orda gördüklərim məni yenidən yıxdı…

Ödədiyim pul və üzərində "yoldaşınız pulu ödəyib, qızım" yazılmış bir kağız parçası… Dünyam yenidən yıxıldı sanki. Onu görəndən sonrakı halım yəqin ki, hər kəsə məlumdur”.

Qeyd edək ki, 12 ildir hərbidə xidmət edən Fariz Həsənov çavuş rütbəsini daşıyırdı. Oktyabrın 10-da döyüşlərə qatılan Fariz Füzuli rayonunun və onun 8 kəndinin alınması əməliyyatında iştirak edib. Oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 16-da doğulduğu kənddə torpağa tapşırılıb. Vətən müharibəsində “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Acun da futbolu Bakıda izləyib – Fotolar
17/06/2021
Laçında iki hərbi qulluqçumuz həlak oldu – Rəsmi
16/06/2021
İlham Əliyev Zirvə toplantısında çıxış etdi
16/06/2021
“Bərabər yeni bir Qarabağ quracağıq”
16/06/2021
Yeraltı və yerüstü keçidlərdə maska taxmaq məcburidir – DİN-dən açıqlama
16/06/2021
Vilayət Eyvazov məşhur DYP rəisini İŞDƏN ÇIXARDI
16/06/2021
“Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir”-Petrosyan
16/06/2021
İbrahim İbrahimli vəfat etdi
16/06/2021
Şuşa bəyannamə yeni dirilişin müjdəsidir!
15/06/2021
Prezident: Erməni ordusu tam məhv edildi!
15/06/2021
“Əziz qardaşıma Füzulinin dağılmış mənzərəsini göstərdim”
15/06/2021
Prezidentlə xanımı “Anadolu”nun obyektivində – Fotolar
15/06/2021
Səlcuq Bayraktar: “Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik”
15/06/2021
Yeni təyin olunan nazir müavini kimdir? – DOSYE
15/06/2021
Mehriban Əliyevadan bayram təbriki – FOTO
15/06/2021