> <
Şəhid atası vitse-spikerə qarşı kampaniyadan qəzəblənib – “Utanın, abrınız olsun!” | KivNews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4289 - dəfə oxunub

Şəhid atası vitse-spikerə qarşı kampaniyadan qəzəblənib – “Utanın, abrınız olsun!”

Spread the love

“Mən ilk növbədə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə rəhmət, qazi və veteranlarımıza şəfa, can sağlığı diləyirəm. Allah Ali Baş Komandanımız, Cənab Prezidentimiz İlham Əliyevə can sağlığı versin. Məhz İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz düşmənin başını əzdi, burnunu ovdu. Bizi gözü götürməyən qara qüvvələr, xüsusi olaraq xaricdə oturub öz ağalarının tapşırığını yerinə yetirən söyüş müxalifəti ağızlarına gələni danışırlar. Onların Adil Əliyev haqqında dedikləri məni çox əsəbləşdirdi”.
Bunları 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Muxtar Qasımlının atası Əli Qasımlı, vitse-spiker Adil Əliyevə qarşı son günlər güclənən qara piar kampaniyasına münasibət bildirərkən deyib.

Şəhid atası qeyd edib ki, A.Əliyevin uzun illərdir tanıyır və bir şəhid atası kimi hər zaman diqqət və qayğısını görüb: “Mən Adil müəllimi uzun illərdir tanıyıram. Onun şəxsiyyətinə, kişiliyinə, mərdliyinə bələdəm, dövlətə və dövlətçiliyə bağlılığını bilirəm. Bu adam həmişə vətənpərvər, dövlətini, xalqını, Prezidentini sevən adam olub. Adil Əliyev mənə və mənim kimi minlərlə şəhid ailəsinə öz ailəsi kimi münasibət göstərib. Gecə-gündüz yorulmaq bilmədən çalışır. Mən ondan hər zaman yüksək diqqət və qayğı görmüşəm. İnanın ki, ən çətin günlərimizdə Adil müəllim ailəmizin yanında olub. Demək olar ki, iki gündən bir mənimlə əlaqə saxlayıb, qayğılarımla maraqlanır. O məni özünə dost, qardaş hesab edir. Biz də ailəlikcə onu çox istəyirik. Adil müəllim öz vətənpərvərliyi ilə gənclərə nümunə sayıla bilər”.

Əli Qasımlı onu da qeyd etdi ki, Adil Əliyev təkcə şəhid ailələrinə yox, həmçinin qazi və müharibə iştirakçılarına da diqqət göstərir: “Adil müəllimin şəhid ailələri və qazilərin iştirakı ilə təşkil etdiyi bütün tədbirlərdə iştirak etmişəm. O qazilərin əllərindən öpür, boynunu qucaqlayır. Şəhidlərimizin əmanəti olan uşaqları öz balası kimi əzizləyir. Şəhid ata və analarının qarşısında dizini yerə qoyub hər zaman onların yanında olduğunu söyləyir. Həm daxilimizdə, həm də xaricdə oturub kimlərinsə sifarişi ilə Adil Əliyevi söyən ünsürlərə, müxalif qüvvələrə demək istəyirəm ki, ar olsun sizlərə. Biz şəhid ailələri hər zaman Adil müəllimin yanındayıq. Onun bu Vətən üçün, bizlər üçün etdiklərini hamı bilir. Kim ona qarşı əxlaqdan kənar ifadə işlətsə, qarşısında şəxsən məni görəcək. Bəsdirin, utanın, abrınız olsun. Təmiz adamları şərlə ləkələyə bilmərsiniz!”


Azpolitika

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
E-mail: kivnews@mail.ru
E-mail: kivnewscom@gmail.com

Oxşar xəbərlər
Deputat “yetim-yesir” sözünə aydınlıq gətirdi
04/10/2022
Ombudsmandan Xocavənddəki məzarlıqla bağlı çağırış…
04/10/2022
Jalə Əhmədovanın həyat yoldaşı vəfat etdi
04/10/2022
İlham Əliyev və xanımı Ağdamın dəmir yolu və avtovağzal kompleksinin təməlini qoydular
04/10/2022
Prezidentlə xanımı Sarıcalı kəndinin təməlini qoydular
04/10/2022
Prezident bu müəllimləri təltif etdi
04/10/2022
Prezident: “İşğal dövründə Səudiyyə Ərəbistanı bizim haqlı işimizə davamlı dəstək verirdi”
04/10/2022
Müslümovun oğullarının adına aldığı milyonluq mülklər üzə çıxdı
04/10/2022
Azadlığının ikinci ilində Cəbrayıl – FOTOREPORTAJ
04/10/2022
Cəbrayılın azadlığına gedən yol: “Nüzgar kəndində yeddi gün döyüşdük” – FOTO
04/10/2022
Ermənilər Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimizi atəşə tutublar – RƏSMİ
04/10/2022
Mask Rusiya və Ukrayna arasında münaqişənin həlli yolunu təklif etdi və cavabını aldı – FOTO
03/10/2022
Prezident İlham Əliyev İsrailin müdafiə nazirini qəbul edib
03/10/2022
Vətən müharibəsi qəhrəmanı Suqovuşanın azad edilməsindən danışdı – VİDEO
03/10/2022
Vilayət Eyvazov baş leytenantı yüksək vəzifəyə təyin etdi
03/10/2022