> <
Şəbnəmlə Vəfanın qalmaqalı böyüdü – Alimpaşa Məmmədov işi | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4226 - dəfə oxunub

Şəbnəmlə Vəfanın qalmaqalı böyüdü – Alimpaşa Məmmədov işi

Spread the love

DTX-nin həbs etdiyi Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədova açılan cinayət işində adı keçən Famil Xəlilovun (Veyis Xəlilov) şəxsi münasibəti olduğu müğənnilər – Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında qalmaqal yenidən alovlanıb.

Ötən gün “Qafqazinfo” saytında yayımlanan xəbərdə iş adamının həmin ifaçılarla bir zamanlar eşq yaşaması barədə məlumatların dərc olunması hər iki sənətçi arasında gərginliyi daha da artırıb.

Vəfa Şərifova yayılan xəbərə cavab kimi instaqramda açıqlama yayaraq F. Xəlilovla hələ də ailəli olduğunu bildirib. Vəfa həmkarını təhqir etməkdən belə çəkinməyib:

“Efirə çıxdığım gündən demişəm ki, həmin şəxslə 6 ildir ailəliyəm. Bizim bir qız övladımız var. Bunları əvvəllər açıqlamağımın səbəbi odur ki, məclis sahibləri dəvət edərkən bilsinlər ki, evliyəm və ona görə davransınlar. Mən bəziləri kimi həyat yoldaşlarının ayağını, əlini göstərib kiməsə acıq vermək, verdiyi hədiyyələri reklam etmək istəməmişəm. Bununla gündəmə gələn insan deyiləm. Xanım müğənni ilə şəklimi yan-yana qoyursuz. Bir kişinin həyatında çox qadın ola bilər. Həyat yoldaşımı keçmişinə görə qınaya bilmirəm. Əsas odur qadının keçmişi təmiz olsun. Mənim səhvim deyil. Həyat yoldaşımın həyatında 3-5 aylıq qiyməti bəlli olan insanlar olub”.

Şərifovanın qalmaqallı açıqlamasından sonra Şəbnəm də mətbuata video açıqlama yayaraq məsələyə münasibət bildirib.

Müğənni Vəfanın keçmişini xatırladaraq ona susmağı məsləhət görüb: “Mənim o şəxslər arasında adım çəkilməməlidir. Bir qadın da çıxıb açıqlama yayır ki, mənim qız övladım, ailəm var, buna görə onu toylara çağırırlar. Biz də ailəliyik, övladımız var. Keçmişini, kim olduğunu unutma, 2008-2009-cu illəri sənə xatırladıram. Olduğun halları unutma, yaxşı? Onları indiki ətrafında olan insanlar yox, mən bilirdim. Ailəsinin qədrini bilən xanım, evdə oturub danışmaz. Kim olduğunu hər kəs gözəl bilir”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
İranın yeni prezidenti kimdir? – İbrahim Rəisi Xameneyidən sonra ali dini lider ola bilər
19/06/2021
MEDİA ilə ADA Universitetinin təşkil etdiyi silsilə seminarlara üçüncü qrup media nümayəndələri qoşuldular — FOTOLAR
18/06/2021
İranda prezident seçkiləridir – Qutudan kim çıxacaq?
18/06/2021
DTX Ukraynada əməliyyat keçirdi – Video
18/06/2021
“Xarı Bülbül” hotelinin bağçasında bir fincan qəhvə… – FOTO
18/06/2021
Vətən müharibəsində şəhid olan tibb işçiləri – 9 həkim, 7 feldşer, 26 sanitar
17/06/2021
DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək
17/06/2021
Ərdoğan azərbaycanlı məcburi köçkünlərə çağırış etdi
16/06/2021
“Bütün dünya bilsin ki, Azərbaycanın yanında olacağıq”
16/06/2021
Rəsmi Bakı: “Prezidentlərin Şuşaya səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil”
16/06/2021
Ərdoğan: Qarabağ sahiblərinə qovuşdu və erməni zülmündən, işğalından azad edildi
15/06/2021
Cıdır düzündən möhtəşəm görüntülər – Video
15/06/2021
Prezidentlərin çıxışlarının – Tam mətni + Yenilənib
15/06/2021
Prezidentlər Şuşada musiqili kompozisiya izlədi – Video + Fotolar
15/06/2021
Əliyev və Ərdoğan Şuşada – Video
15/06/2021