> <
Rusiyada Nikolu şoka salan “sürpriz”: Müavini onu devirmək istəyir? – VİDEO | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4226 - dəfə oxunub

Rusiyada Nikolu şoka salan “sürpriz”: Müavini onu devirmək istəyir? – VİDEO

Spread the love

Rusiyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistin ona ünvanladığı sualdan şoka düşüb.

Bu barədə Ermənistan mətbuatı yazıb.

Belə ki, Rusiyanın “İzvestiya” nəşrinin müxbiri Nikol Paşinyana sual verərkən “müxalifət nümayəndələri baş nazir postuna sizin müavininiz Tiqran Avinyanı təklif edir” cümləsini işlədib. Sualı eşidən erməni baş nazir şoka düşüb. Lakin müxbir davam edərək Avinyanın baş nazir olacağı halda Rusiya ilə necə münasibət quracağı barədə sual ünvanlayıb.

Sualdan olduqca heyrətləndiyini gizlədə bilməyən Nikol Paşinyan isə Tiqran Avinyanın onun müavini və siyasi komandasının üzvü olduğunu bildirib.

Rusiyalı müxbirin sualı isə həmçinin Ermənistan ictimaiyyətində böyük rezonans doğurub. Bir sıra sosial şəbəkə istifadəçiləri rusiyalı müxbirin bu cür məlumatı haradan almasına təəccüb edib, bəziləri isə bunu təxribat adlandırıb.

“İzvestiya” müxbirinin sualı isə həmçinin Nikol Paşinyanın öz komandasında belə dayaqlarının zəif olmasının bir növ təzahürü hesab edilə bilər. Belə ki, üçtərəfli bəyanatın imzalanmasından sonra onsuzda bir çox tərəfdarlarını itirmiş Nikol Paşinyana növbəti zərbənin məhz öz müavini tərəfindən vurulması heç də istisna deyil.

Sözügedən fakt bir çox suallar doğursa da, yəqin ki, hazırda ən çox cavabsız suallar da elə məhz Nikol Paşinyandadır. Seçkidə qalib gəlmək üçün öz siyasi rəqiblərinə qarşı erməni KİV-nin dili ilə desək “terror”a başlayan Nikol, bəlkə də, son dəqiqədə elə öz sağ əlinin – müavini Tiqran Avinyanın vasitəsilə tarix səhifəsindən silinəcək.

 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
ABŞ hökuməti Baydenlə Putinin görüşünü konstruktiv hesab edir
17/06/2021
Serj Sarqsyanın qardaşı oğlu həbs edildi
16/06/2021
Ermənistan XİN “Şuşa bəyannaməsi”nə KİN QUSDU: Türkiyə regiona TƏHDİDDİR
15/06/2021
Aclıq və şəraitsizlikdən bezən hərbi qulluqçular Ermənistan ordusundan kütləvi şəkildə qaçır
15/06/2021
Putin: “Bizim peyvəndin tətbiqindən sonra ölüm halı qeydə alınmayıb”
13/06/2021
Roma Papası: “Kilsələr cinsi istismar hadisələri səbəbilə böhran yaşayır”
13/06/2021
Makronu şillələyən şəxs həbs olundu
11/06/2021
“Paşinyan və ailəsi haqda elə faktları yayacam ki…” – Sarkisyan 24 saat vaxt verdi
09/06/2021
Paşinyan oğlunu Azərbaycandakı erməni diversantlara dəyişməyi təklif etdi
08/06/2021
Mavzoleydə Lenini “oyatmaq” istəyən şəxs saxlanılıb
07/06/2021
Ermənistanda daha bir əsgər “dedovşina”nın qurbanı olub
06/06/2021
Ermənistanda daha bir morqda hərbçilərin meyitləri saxlanılır
04/06/2021
Rusiya miqrantlardan rus dilini və ölkənin tarixini bilməyi tələb edəcək
03/06/2021
Şahzadə və xanımının aldığı malikanədə insan qalıqları tapıldı – FOTO
03/06/2021
Yerevanda hərbçilərin meyitlərinin gizlədilməsinə görə aksiya keçirilir – Foto
02/06/2021