> <
Rusiya Müdafiə Nazirliyindən Qarabağdakı vəziyyətlə bağlı – Açıqlama | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4216 - dəfə oxunub

Rusiya Müdafiə Nazirliyindən Qarabağdakı vəziyyətlə bağlı – Açıqlama

Spread the love

Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları məsuliyyət zonalarında tərəflərin sərhədlərini müəyyənləşdirmə xəttində atəşkəsə riayət olunmasını izləyir, həmçinin nəqliyyat vasitələrinin təhlükəsizliyini, Laçın dəhlizi vasitəsilə ərzaq məhsulları və müxtəlif malların daşınmasını təmin edirlər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son bir həftə ərzində sülhməramlı kontingentin məsuliyyət zonasında atəşkəs pozuntuları və Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər qeydə alınmayıb.

Qeyd edilib ki, Rusiya sülhməramlı kontingentinin bütün müşahidə məntəqələri hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorumaq, habelə ətraf ərazini hərtərəfli müşahidə etmək üçün hazırlanmış “Blokpost” istehkamları ilə təchiz olunub.

“Bizim əsas vəzifəmiz atəşkəs razılaşmasına riayət olunmasına nəzarət etməklə yanaşı, marşrut boyunca mülki nəqliyyatın təhlükəsizliyini təmin etməkdir”,-deyə müşahidə postunun komandiri Sergey İvanov bildirib.

“Bunun üçün postlarda bütün nəqliyyatın qeydiyyata alındığı nəzarət buraxılış məntəqələri yaradılıb. Bölgənin gecə-gündüz monitorinqi aparılır və mülki nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi də təmin edilir”, – deyə o əlavə edib.

Bildirilib ki, məsuliyyət zonasındakı vəziyyəti izləməklə yanaşı, Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin şəxsi heyəti müntəzəm olaraq döyüş hazırlığı fəaliyyətləri keçirir, pozuntuların və müşahidə məntəqəsinə mümkün hücum qarşısını almaq üçün təlimlər təşkil edir.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
İlham Əliyev İranın yeni prezidentini təbrik etdi
19/06/2021
Şuşada 20 raket, 7 mindən çox patron tapıldı
19/06/2021
66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb – Foto
19/06/2021
“Sosial media saxta xəbərləri böyüdür” – Hikmət Hacıyev
18/06/2021
Aslan İsmayılov: “Əbülfəz Elçibəyə Etibar Məmmədov kimilərinin dil uzatması həyasızlıqdır”
18/06/2021
Prezidentlə xanımı Bakıda hotel açılışında – Fotolar + Video
18/06/2021
Nazilə Səfərli polisə çağırıldı
18/06/2021
Paşinyan yenə hiddətləndi – Xalq ondan üz döndərib
18/06/2021
Azərbaycanda Türkiyə hərbi bazası yaradılır? – Lavrovdan reaksiya
18/06/2021
Əhməd Əhmədova hökm oxundu – 11 il cəza
18/06/2021
Van Dammın azərbaycanlı qudası polkovnik imiş
18/06/2021
Emin Əmrullayev tələbələrə veriləcək kreditlərdən DANIŞDI
18/06/2021
Kəlbəcərdə göldə boğulan kapitanın axtarışları davam edir
18/06/2021
Nura Surinin oğlu qəzaya düşdü – Fotolar + Video
18/06/2021
İlham Əliyevdən hərbi çağırışla bağlı SƏRƏNCAM
17/06/2021