> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4230 - dəfə oxunub

“Rusiya, ABŞ və Fransa səfirləri Şuşaya gedənə qədər tədbirlərə dəvət olunmamalıdır” – Sabiq XİN başçısı

Spread the love

“ABŞ, Rusiya və Fransanın səfirləri Şuşaya gedənə qədər rəsmi və ictimai təcridə məruz qoyulmalıdır. Yəni qəbul edilməməli, istənilən tədbirə dəvət olunmamalıdırlar”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov bildirib.

T. Zülfüqarov qeyd edib ki, digər ölkələrin səfirləri kimi Şuşaya səfərə dəvət olunan ABŞ, Rusiya və Fransa səfirlərinin bu səfərdə iştirak etməməsi nümayişkaranə mövqe sərgiləməkdir: “Bununla vəziyyət stabilləşəndən sonra status barədə danışıqlar aparmaq niyyətində olduqları mesaj verirlər. Onların bu elədikləri Madrid prinsiplərinin məntiqidir. ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransanın səfirlərinin işğaldan azad olunmuş ərazilərə, o cümlədən Şuşaya təşkil edilən səfərlərdə iştirak etməməsində ikinci başqa məna tapa bilmirəm. Azərbaycan da artıq birmənalı öz mövqeyini bildirməlidir. Əslində bu mövqe Prezident İlham Əliyev tərəfindən bildirilib. Dövlət başçısı bəyan edib ki, münaqişə bitib, heç bir status olmayacaq, indi Azərbaycanın dəvəti ilə burada olan Rusiya və Türkiyə bizə bu bölgələri reinteqrasiya etməkdə köməklik göstərirlər. Bu baxımdan ATƏT-in Minsk Qrupu üçün heç bir vəzifə qalmır və bu mövqe dəfələrlə bəyan edilib. Amma görünür ki, Azərbaycanın bu mövqeyi ilk növbədə həm Ermənistanın, həm də fərqli mövqedə olan dairələrin xoşuna gəlmir”.

Diplomat qeyd edib ki, Azərbaycan öz əraziləri üzərində suveren hüquqlarını bərpa edib: “Azərbaycanın bu suveren hüquqlarını heç kim əlindən ala bilməz. Bu baxımdan Azərbaycan artıq birmənalı mövqe ortaya qoyaraq, ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina etməlidir. Artıq bunun vaxtı gəlib çatıb”.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Azərbaycan Rusiyaya nota verdi
01/08/2021
Leyla Abdullayeva Oxçuçaydakı ekoloji fəlakətdən yazdı
29/07/2021
Şentop “Bakı bəyannaməsi”nin əsas prioritetini AÇIQLADI
28/07/2021
Azərbaycana həm də haqlı olduğu üçün də dəstək olduq”
27/07/2021
Prezident Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib – FOTO
27/07/2021
İlham Əliyev və Şarl Mişel birgə işçi nahar ediblər – Fotolar
18/07/2021
Overçuku Bakıya gətirən SƏBƏBLƏR
14/07/2021
Rəsmi Bakıdan Ermənistan XİN-in addımına – Cavab
14/07/2021
Prezident Qoşulmama Hərəkatının konfransında çıxış edir – CANLI
13/07/2021
Xankəndi erməniləri Bakıya zəng edib nə istədilər? – VİDEO
12/07/2021
“Rusiya, ABŞ və Fransa səfirləri Şuşaya gedənə qədər tədbirlərə dəvət olunmamalıdır” – Sabiq XİN başçısı
12/07/2021
Erməni analitik gileyləndi: Daha Qarabağın “bayrağını” asa bilmirik
11/07/2021
“Şuşa Bəyannaməsi Avrasiya üçün strateji əhəmiyyət daşıyır” – İlham Əliyev
08/07/2021
Ağ Ev “Zəngəzur koridoru”na görə hərəkətə keçir
07/07/2021
Ermənistan sülh şərtlərini açıqladı – “Qarabağın statusu tanınmalıdır”
02/07/2021