> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4243 - dəfə oxunub

Razin – əsrarəngiz tarix və ekoloji turizm!

Spread the love

O yaşlı və əbədi gəncdir! (Он стар и вечно молод!) Müslüm Maqomayevin məşhur mahnısındakı bu sözlər Azərbaycanın paytaxtı Bakının ən yaxşı təsviridir.
Bakı zəngin tarixi, misilsiz mədəni irsi, müxtəlif zamanların böyük hadisələrini yaşamış və eyni zamanda sürətlə böyüyən və inkişaf edən müasir bir meqapolisdir.
Şəhər qədim zamanlardan bəri bəşəriyyətin beşiyinə çevrilmiş və tarixin bütün dövrlərində müxtəlif tarixi şəxsiyyətlərin maraq dairəsində olmuşdur. İbtidai insanların dayanacaqları, Zərdüştlükdən İslama qədər fərqli dinlərin bənzərsiz abidələri, Qədim Roma legionerlərinin izləri, füsunkar təbiət mənzərələri, ləziz mətbəx, rəngarəng xalçalar palitrası, qədim və müasir memarlıq ansambllarının simbiozı, inkişaf etmiş və müasir turizm infrastrukturu – bunlar Bakıda turizmin inkişafı üçün böyük potensial daşıyan zənginlik və irsin kiçik bir hissəsidir.
Bakı öz dövrünün böyük insanlarının və eyni zamanda, müxtəlif illərdəki tarixi hadisələrin müsbət və mənfi qəhrəmanlarının yaddaşını qoruyur. Bəziləri fəzilət, digərləri isə günahlar və pisliklər gətirmişdirlər.
Tarixdə üsyançı kimi qalmış Stepan Razinin fövqəladə şəxsiyyəti və onun Fars və Xəzərin qərb sahillərinə etdiyi məşhur yürüşləri Bakı şəhərindən də yan keçməmişdirlər. 1667-ci ildə Razinin rəhbərlik etdiyi üsyan və “Zipunlar üçün Yürüşü” onun quldur dəstəsini Bakı ətrafına gətirmişdir. Burada onlar bir dağdakı mağarada düşərgə qurmuş və ordan ətraf kəndlərə qəfil basqınlar etmişdirlər. Bu basqınlar yerli əhaliyə o qədər problemlər gətirdi ki, onlar Sabançı dağını Razin dağı adlandırmağa başladılar. Buradakı mağara da onun adını daşımağa başladı. Hazırda bu ərazi paytaxtın mərkəzindən 10 km aralıda olan Bakıxanov adına qəsəbədə yerləşir. 1923-cü il mayın 1-də isə Bakının bu hissəsində inşa edilmiş və 1992-ci ilə qədər Razinin adını daşıyan Azneftin ilk fəhlə qəsəbəsi olmuşdur.
Son illərdə Rusiya turistləri və MDB ölkələrindən gələn qonaqlar üçün bura təşkil olunan ekskursiyalar daha çox aparılmağa başladı. Turistlərə məşhur Kazakın gizli keçidləri və gizlədilmiş xəzinələri haqqında hekayələr izah edildi.
Onu da qeyd etmək olar kı, alpinizm və dağa dırmanma klublarından olan gənclər üçün Razin dağı ilin bütün fəsillərində məşqlərini uzağa getmədən keçirə biləcəkləri ən sevimli yer olub və olmaqdadır. Dağdan dənizə tərəf gözəl bir mənzərə açılır. Buranın torpağı məhsuldardır və yerli floranın bütün rəngləri ilə fərqlənir.
Mağaranın girişinin eni 5 metrdir, hündürlüyü 13.6 metirdir və iki otaqdan ibarətdir. Birinci otağın uzunluğu 38.4 metrdir, eni 5 metrdir, ikinci otağın uzunluğu 7.9 metrdir, eni – 4.3 – 7 metrdir. Mağaranın ümumi sahəsi 255.7 kvadrat metrdir. Yazılı mənbələrə görə, mağaranın 2 km uzunluğundakı qolu ilə dənizə çıxışı var.
İllər keçdikcə mağara haqqında fərqli əfsanələr də danışıldılar. Onlardan birində, orta əsrlərdə mağaranın qarşısına dəvət olunmamış qonaqlardan və vəhşi heyvanlardan qorunmaq üçün daş divar çəkildiyi deyilir ki, bu da insanların həmin yerdən yaşamaq üçün istifadə etdiklərini göstərir. Hətta deyilir ki, mağaranın iki yeraltı çıxışı olmuşdur, bunlardan biri, artıq qeyd olunduğu kimi, Xəzər dənizinə, digəri isə Qara dənizinə (!) qədər uzanıblar və Razin oğurladığı sərvətləri bunlardan birində gizlədirmiş.
Bu yer Azərbaycanın fəhlə hərəkatı tarixindəki başqa bir hadisə ilə də əlaqələndirilir. 1 May 1900-cü ildə ilk May Günü (Mayovka) burada qanunsuz olaraq, sosial demokrat dairələrin iştirakı ilə keçirilmişdir. Mayovka, guya piknik məqsədi ilə təbiətə birgə çıxışlar adlanırdı. Ancaq əslində, başqalarının qulaqlarından və gözlərindən uzaqda “parlaq gələcək” qurulması haqında gündəmdə olan sualları, tətillərin və digər tədbirlərin planlarını müzakirə etmək üçün bir fürsət idi. Bu tədbirdə 12 nəfərlə bərabər daha sonralar, 1921-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olmuş S. M. Kirov da iştirak etmişdir. Sovet dövründə burada 1 May bayramları və məktəblilər üçün maarifləndirici ekskursiyalar təşkil olunurdu.
Bir vaxtlar burada zeytun bağlarının salınması sonralar isə mənzərəyə açılan meydança və kanat yolunun salınmasından danışılırdı. Yalnız bunlar realizə olunmadılar.
90-cı illərdən bəri dağ və mağaranın ətrafı tikilməyə başladı. Və hazırda artıq bu ərazı hava limanına aparan magistraldan görünmür.
Sanki dağ və mağara bu illər ərzində tərk edilmiş, unudulmuş bir yerə çevrildi. İndi bura zibil yığınları, plastik butulkalarla doludur. Mağaranın əsas girişi müxtəlif qarışıq tullantılarla bağlıdır. Dırmanma avadanlığı köhnəlib və heç bir standartlara cavab vermir və onların istifadəsi təhlükəlidir. Təbii və tarixi abidəni ziyarət etmiş dəliqanlılarla dağın üzərində “Saşa + Maşa = Sevgi”, “11B” tipli çoxsaylı yazılar da həkk edilib.
Hələ 2020-ci ilin əvvəllərində Azərbaycan EkoTurizm Assosiasiyasının fəalları Bakıda Eko-Parkların yaradılması təşəbbüsü ilə çıxış etmiş və şəhərin və onun ətraf ərazilərinin tədqiq edilməsinə başlamışdırlar. Bir neçə tərk edilmiş, lakin maraqlı olan ərazilərin monitorinqı aparılmışdır. Aparılmış təhlillər nəticəsində qərara alınmışdır ki, müvafiq qurumların diqqətini bu əraziyə cəlb etmək məqsədilə həmin yerin tullantılardan təmizlənəsi və səhmana salınması üçün aksiya keçirilsin. Bu təşəbbüsün reallaşdırılması istiqamətində davam edərək müxtəlif fürsətləri müəyyənləşdirmək və fəaliyyət planını hazırlamaq məqsədilə peşəkar alpinistlər, ekoloqlar, turizm mütəxəssisləri və dövlət rəsmiləri ilə görüşlər keçirilmişdirlər.
Qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə görüşlər keçirilmiş, Razin mağarası və dağı ətrafındakı ərazilərdə birgə baxış aparılmışdır.
Qərara alınmışdır ki, ilk növbədə ərazi yığılmış zibillərdən təmizlənməlidir, mağaranın girişi tullantılardan açılmalıdır. Sonra isə ərazini və mağaranın özünü deratizasiya və dezinfeksiya etmək, abadlıq işləri aparmaq, ağaclar əkmək, köhnəlmiş dırmanma avadanlığını dəyişdirmək, dağın səthini yazılardan təmizləmək, məlumat lövhələri və göstəricilər quraşdırmaq, ərazini nişanlamaq və bura gələn turistlər və dağa dırmanma və alpinizmlə məşğul olmaq arzusunda olan gənclər üçün müvafiq şərait yaratmaq. Və eyni zamanda arxeoloqlar, speleoloqlar, tarixçilər və digər marağlananlar tərəfindən əfsanəvi mağaranın tədqiq edilməsi üçün imkanlar yaratmaq.
Onu da qeyd etmək istərdik ki, gəncləri idman ruhunda tərbiyə etmək, aktiv və sağlam həyat tərzini təbliğ etmək, təhlükəsiz alpinizm, spleoturizm, sərt ərazidə qaçış, piyada yürüşlər, hiking və trekking kimi fəaliyyətlərin vərdişlərinə yiyələnmək üçün imkanlar yaratmaq bu ərazinin səhmana salınmasından sonrakı potensialı kimi hesab edilə bilər.
Azərbaycan Ekoturizm Assosiasiyasının mütəxəssislərinin fikrincə, Razin dağı və mağara təbii və tarixi bir obyekt kimi sonradan Bakı ətrafındakı turizm marşrutlarına daxil edilə bilər. Onu da nəzərə alsaq ki, onun yeri tanınmış və populyar olan “Atəşpərəstlər Məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğu (Atəşgah), Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu “Yanar Dağ”, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Abşeron Qalaları kimi turist obyektlərinə gedən yolun üstündədir, bu amil onun Bakı turizm klasterinə daxil edilməsi imkanlarını artırır.
Hazırda uzun sürən karantin tədbirlərinin yumşalması və açıq havada tədbirlərin keçirilməsi imkanının bərpa edilməsilə əlaqədar Azərbaycan EkoTurizm Assosiasiyasının fəalları Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə öncə nəzərdə tutulmuş aksiyanın yaxın günlərdə keçirilməsini planlaşdırırlar.
Fürsətdən istifadə edərək, bütün maraqlı tərəfləri bu aksiyanı dəstəkləməyə və bir vaxtlar populyar olan obyektin bərpasında kömək göstərməyə çağırırıq və ümid edirik ki, tarixən unudulmuş bu ərazi əvvəlki şöhrətini bərpa edəcəkdir.

Samir Dübəndi

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Bakıda 36 dərəcə isti olacaq
01/08/2021
“Delta Plus” ştammı uşaqlarda da aşkarlandı
30/07/2021
Rusiyada yaşayan, sahibkar Teymur Qurbanovun Baş Prokurora Müraciəti
30/07/2021
Koronavirusun kişilərdə cinsi funksiyalara təsiri araşdırılıb
30/07/2021
Ağcabədidə küçəyə atılan körpənin anası tapıldı
29/07/2021
Ən yüksək bal toplayan abituriyentlərin sayı AÇIQLANDI
29/07/2021
Xəzər dənizində dalğanın hündürlüyü altı metrə çatıb – FAKTİKİ HAVA
28/07/2021
Qəbul imtahanlarının cavabı AÇIQLANDI
28/07/2021
Sürücülərin DİQQƏTİNƏ: Heydər Əliyev prospektində YENİLİK – VİDEO
28/07/2021
Bakıda güclü külək fəsadlar törətdi – FOTO
28/07/2021
Sabahkı hava narahatlıq yarada bilər
27/07/2021
Koronavirusun uşaqlarda təhlükəli təsirlərinin səbəbi aşkarlandı
27/07/2021
İmtahanda ən yüksək balı onlar yığdı
26/07/2021
Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı – 3 nəfər öldü
26/07/2021
Daha bir ölkədə daşqın təhlükəsi – Əhali təxliyyə olundu
24/07/2021