> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4227 - dəfə oxunub

Ramin Hacılı ilə birgə saxlanılanların adları açıqlandı – Siyahı

Spread the love

Baş Prokurorluq həbs edilən Ramin Hacılı ilə birlikdə saxlanılanların adlarını açıqlayıb.

Mətbuat xidmətindən  verilən məlumata görə, Azərbaycan ərazisini tərk edən vətəndaşların xarici ölkələrdə qanunsuz «siyasi sığınacaq» almalarının təşkil edilməsi faktları ilə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, «Gəncliyin Elmi-Mədəni İnkişafı» ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq-mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.  

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Qeyd edək ki, Üzeyir Bağırlı Nida gənclər hərəkatının üzvü olub.

Fotoda: Sərdar İsgəndərov​

Fotoda: Sərxan Abdullayev​

Fotoda: Üzeyir Bağırlı

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Milli Məclis polisi döyən deputatla bağlı qərar verdi
02/08/2021
Vaqif Axundovun bacısı oğlu ev dustaqlığına buraxıldı
02/08/2021
Tağı Əhmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
02/08/2021
Penitensiar Xidmətdən Əlizamin Salayevlə bağlı açıqlama
02/08/2021
Nazir müavini yanğınla bağlı Türkiyəyə getdi
02/08/2021
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
02/08/2021
İlham Əliyev Xalq artistinə ev hədiyyə etdi
01/08/2021
Lalə Azərtaş bu çıxışı ilə Türkiyədə gündəm oldu – VİDEO
01/08/2021
Türkiyədə yanğınlarla bağlı son vəziyyət açıqlandı
01/08/2021
Flora Kərimova Prezidentə hərbi salam verdi – “Sizi sevirəm, oğul”
31/07/2021
Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU
31/07/2021
İlham Əliyevdən Flora Kərimovayla bağlı iki SƏRƏNCAM
31/07/2021
Nadir Şəfiyevin AzTV əməkdaşını şantaj edən oğluna 7 il həbs verildi
31/07/2021
Kəmaləddin Heydərov “Topçu Vüsal”a iş verdi – Bu nazir də işə dəvət edibmiş
31/07/2021
Bayraqla getdi, bayraqla qayıtdı – FOTO
31/07/2021