> <
Rafel Cəbrayılovun istintaqı yekunlaşır – Keçmiş deputatı uzunmüddətli həbs gözləyir | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4247 - dəfə oxunub

Rafel Cəbrayılovun istintaqı yekunlaşır – Keçmiş deputatı uzunmüddətli həbs gözləyir

Spread the love

Keçmiş deputat Rafael Cəbrayılovla bağlı cinayət işinin istintaqı yekunlaşmaq üzrədir.

Yaxın vaxtlarda cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.

Rafael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə həbs edilib. Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Rafael Cəbrayılov deputat olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət edən vətəndaşa bu barədə yalandan vəd verib. Həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Lakin keçmiş deputatın başqa qanunsuz əməlləri də var. Rafael Cəbrayılov 8 nəfəri müxtəlif vədlərlə aldadaraq onların toplam olaraq 1 milyon 550 min dollar pulunu mənimsəyib. Həmin şəslər aşağıdakılardır:

Təranə Fətəliyeva – 300 000 dollar
Məlahət Qurbanova – 580 000 dollar
Xatirə Nəcəfova – 200 000 dollar
Yusif Orucov – 200 000 dollar
Aynur Kazımova – 100 000 dollar
Şəfa Məmmədova – 80 000 dollar,
Bəşir Məmmədov – 60 000 dollar
Allahverdi Səfərəliyev – 30 000 dollar.

Pokurorluq bu məsələni də əhatəli araşdırıb və Rafael Cəbrayılovun aldatdığı şəxslər zərərçəkən qismində tanınıb. Onların sözlərinə görə, keçmiş deputat zərəri ödəməyəcəyi təqdirdə şikayətlərini geri götürməyəcək və ona ağır cəza tələb edəcəklər.

Beləliklə, 15 ilə yaxın deputat olmuş və bu müddət ərzində vətəndaşları aldatmaqla oliqarxa çevrilmiş Rafael Cəbrayılov uzun müddət həbsxana həyatı yaşaya bilər. Keçmiş deputatın ittiham olunduğu  maddədə on ildən on dörd ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur./HİT.Az

 

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Laçında iki hərbi qulluqçumuz həlak oldu – Rəsmi
16/06/2021
İlham Əliyev Zirvə toplantısında çıxış etdi
16/06/2021
“Bərabər yeni bir Qarabağ quracağıq”
16/06/2021
Yeraltı və yerüstü keçidlərdə maska taxmaq məcburidir – DİN-dən açıqlama
16/06/2021
Vilayət Eyvazov məşhur DYP rəisini İŞDƏN ÇIXARDI
16/06/2021
“Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir”-Petrosyan
16/06/2021
İbrahim İbrahimli vəfat etdi
16/06/2021
Şuşa bəyannamə yeni dirilişin müjdəsidir!
15/06/2021
Prezident: Erməni ordusu tam məhv edildi!
15/06/2021
“Əziz qardaşıma Füzulinin dağılmış mənzərəsini göstərdim”
15/06/2021
Prezidentlə xanımı “Anadolu”nun obyektivində – Fotolar
15/06/2021
Səlcuq Bayraktar: “Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik”
15/06/2021
Yeni təyin olunan nazir müavini kimdir? – DOSYE
15/06/2021
Mehriban Əliyevadan bayram təbriki – FOTO
15/06/2021
Ərdoğanın Şuşa səfərinin proqramı AÇIQLANDI
15/06/2021