> <
#Yazı Title | #Site Title
Baş səhifə
Əlaqə
Məzənnə:
4223 - dəfə oxunub

Rafael Cəbrayılov Oqtay Əsədovla ev tikmək adıyla məndən 200 min aldı – Şərurlu İsfəndiyar

Spread the love

“Şərur-İnşaat” tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun cinayət işində adının zərərçəkmiş şəxslərin siyahısında olmasına münasibət bildirib.
Bununla bağlı “Report”a açıqlama verən İsfəndiyar Axundov deyib:

“Gəldi, 200 min pul götürdü. Dedi ki, deputatların köhnə rəisi, Milli Məclisin köhnə sədri Oqtay müəllimlə ev tikirəm və bir-iki aya verəcəm. Apardı, göstərdi və dedi Novxanı yolunun üstündə tikirik evi. Sonra da gəldi pulu aldı və getdi. Mən də borc verdim, qaytarmadı və sonra da başladı aldatmağa. Həmin borc hələ illər əvvəl, pulların ölmədiyi və diri olduğu vaxtda ( devalvasiyadan əvvəl – red) verildi, sadəcə 40 mini qaytardı, 160 min isə qaldı. O zaman hələ dollar qalxmamışdı”.

Şərurlu İsfəndiyar R.Cəbrayılova inandığı üçün borc verdiyini bildirib:

“Vallah, nə bilim, inandım. Adam var borca milyon da verir. Verməsən də olmur axı… Baxırdın ki, qəşəng qalstuk, kostyum geyinib və savadlı adamdır. Özünü çox yaxşı, mədəni, tərbiyəli aparırdı. Kostyumu var, papağı var, deyirsən kişidir də, inandım verdim. Nə biləsən ki, bu, belə olacaq”.
Milli Məclisin sabiq sədri, hazırda 45 saylı Abşeron seçki dairəsinin deputatı olan Oqtay Əsədovun köməkçisi Rauf İrzayev “Report”a bildirib ki, O.Əsədovun R.Cəbrayılovla birgə ev tikməsi barədə iddialar yanlışdır: “Deyilənlər cəfəngiyyatdır”.

Qeyd edək ki, sabiq deputat Rafael Cəbrayılov hazırda həbsdədir.

2005-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rəfael Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

İstintaqla Rəfael Cəbrayılovun Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rəfael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
Çavuşoğludan Ermənistandakı seçkilərin bölgəyə təsiri ilə bağlı – Açıqlama
20/06/2021
Əli Nağıyev və Vilayət Eyvazov vəzifələrinin öhdəsindən yüksək peşəkarlıqla gəliblər — RƏYLƏR
20/06/2021
Müdafiə Nazirliyi mina xəritələri barədə məlumatlara aydınlıq gətirdi
20/06/2021
İranın yeni prezidenti kimdir? – İbrahim Rəisi Xameneyidən sonra ali dini lider ola bilər
19/06/2021
MEDİA ilə ADA Universitetinin təşkil etdiyi silsilə seminarlara üçüncü qrup media nümayəndələri qoşuldular — FOTOLAR
18/06/2021
İranda prezident seçkiləridir – Qutudan kim çıxacaq?
18/06/2021
DTX Ukraynada əməliyyat keçirdi – Video
18/06/2021
“Xarı Bülbül” hotelinin bağçasında bir fincan qəhvə… – FOTO
18/06/2021
Vətən müharibəsində şəhid olan tibb işçiləri – 9 həkim, 7 feldşer, 26 sanitar
17/06/2021
DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək
17/06/2021
Ərdoğan azərbaycanlı məcburi köçkünlərə çağırış etdi
16/06/2021
“Bütün dünya bilsin ki, Azərbaycanın yanında olacağıq”
16/06/2021
Rəsmi Bakı: “Prezidentlərin Şuşaya səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil”
16/06/2021
Ərdoğan: Qarabağ sahiblərinə qovuşdu və erməni zülmündən, işğalından azad edildi
15/06/2021
Cıdır düzündən möhtəşəm görüntülər – Video
15/06/2021